GÜZƏŞTLİ MƏNZİL SATIŞI SİSTEMİ YENƏ "ÇÖKDÜ"! - Problemin həll edildiyi deyilir, ancaq...

Məlum olduğu kimi, bu gün səhər Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal Yaşayış Kompleksində mənzillər güzəştlə təkrar satışa çıxarılarkən sistemdə problem yaranıb. Elektron qaydalarla mənzil seçimi başlayan kimi, sistem ötən dəfə olduğu kimi, yenə donub. Bu da vətəndaşlara mənzil seçmək imkanı verməyib. Buna görə də, MİDA vətəndaşlara müraciət edib. Müraciətdə mənzil seçimi prosesinin dayandırıldığı, prosesin bugün saat 15:00-dan etibarən aktivləşdiriləcəyi bildirilib.

Bir müddət əvvəl  MİDA  vətəndaşlara müraciət edərək, "Güzəştli mənzil” sistemində elektron kabinetlərə girişin artıq aktivləşdirildiyini və saat 15:00-dan satışın başlanılacağı bildirib. “MİDA elektron kabinetinizə girişlə əlaqədar yaranan problemlərlə bağlı 108 Çağrı mərkəzinə müraciət etməyi xahiş edir”, – müraciətdə qeyd olunub.

Ancaq bir-neçə dəqiqə əvvəl "AzPolitika.info"ya müraciət edən vətəndaşlar problemin həll olunmadığını, sistemə daxil ola bilmədiklərini qeyd ediblər. Görünür sistemin işini tam şəkildə bərpa etmək mümkün olmayıb. Bu isə “sosial ev”lərə ehtyacı olan xeyli sayda vətəndaşın hüquqlarının pozulmasına səbəb olur.

***

Xəbər verdiyimiz kimi, bu gündən Azərbaycanda “sosial ev”lərin təkrar satışına başlanılıb. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillər güzəştlə təkrar satışa çıxarılıb.

Qurum tərəfindən dünən yayılan məlumatda Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında mənzillərin satışının bu gün saat 11:00-da başlayacağı və bu il dekabrın 5-i saat 11:00-a qədər davam edəcəyi bildirilmişdi.

Bu lahiyədən mənzil almaq istəyən vətəndaşların "AzPolitika.info"ya verdiyi məlumata görə, elektron qaydalarla mənzil seçimi başlayan kimi, sistem ötən dəfə olduğu kimi, yenə donub. Bu da vətəndaşlara mənzil seçmək imkanı verməyib.

"Yəqin ki, birazdan yenə çıxıb deyəcəklər ki, mənzillər satılıb qurtardı" - narazı vətəndaş bildirib. 

Qeyd edək ki, eyni problem bundan əvvəl də yaşanıb. 7 may 2018-ci ildə 260 mənzilin satışa çıxarılması zamanı vətəndaşlar mida.gov.az saytına daxil olsa da, birdən-birə saytın fəaliyyəti dayanmış, sistem işləməmişdi. Bu problem 1 saat davam etmiş, sistem yenidən fəaliyyətə başlayıb, sayt işləyəndə isə artıq mənzillərin seçilərək satıldığı məlum olmuşdu.

Bununla bağlı “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılan mənzillərin elektron qaydada seçimi zamanı yaranmış problemlə bağlı Mənzil İnşaatı Dövlət Agentliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birgə açıqlama yaymışdı.

"İlk mənzillərin seçimi mərhələsində “Elektron hökumət” portalında və “Güzəştli mənzil” sistemində vətəndaşların daxilolmalarının və apardıqları əməliyyatların sayı kütləvi xarakter daşıyıb. 07 may 2018-ci il tarixində saat 11-50-yə qədər “Güzəştli mənzil” sisteminə ümumi müraciət 60184, eyni anda qeydə alınan qoşulma sayı isə 16 000-dən çox olub. Buna görə də portal artıq yüklənməyə məruz qalmış və müraciətlərin eyni anda qeydə alınmasında qısa müddətli ləngimə yaranaraq nasazlıq baş verib. Belə ki, sistem tərəfindən növbələşdirilən ilk müraciətlər qəbul olunaraq emal edilib, növbəti müraciətlər isə gözləmə mövqeyinə göndərilib”, – deyə məlumatda vurğulanırdı.

Məlumatda o da bildirilirdi ki, yaranmış halın həll edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Agentlik baş vermiş texniki nöqsanları operativ qaydada aradan qaldırıb: “Bildirmək istərdik ki, Agentlik və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti mərhələlərdə “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılacaq mənzillərin elektron qaydada seçimini daha da təkmilləşdirəcək və baş vermiş nöqsanların təkrarlanmaması üçün bütün zəruri tədbirləri həyata keçirəcək”.

Ancaq daxil olan məlumatlar problemin tam həll olunmadığını göstərir.

***

Saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin təkrar güzəştlə satışı prosesinin baş tutmadığı elan olunub. Satışın həyata keçirilməsi üçün "Elektron hökumət” portalında (e-gov.az) yaradılmış “Güzəştli mənzil” sisteminin işində problem yarandığ bildirilib.

Məsələ ilə bağlı MİDA vətəndaşlara müraciət edib. Müraciətdə bildirilir ki, mənzil seçimi prosesi hazırda dayandırılıb. Proses bugün saat 15:00-dan etibarən aktivləşdiriləcək.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

G.M 2018-09-05 15:48:07

Adamın bu millətə yazığı gəlir..aldanmaqdan qürur duyan,özünü çoxbilmiş sanan,falçılarda qocalan ikinci belə bir millət harda var.güzəştli mənzili dələduz məmurdan gözləyirlər

Alı 2018-09-05 15:48:07

Mənim RYT Naziri ilə heç bir problemim yoxdu.Və ümumiyyətlə Ramin Quluzadəyə qədər internetin sürətindən başqa bu nazirliyin işindən narazılıgım yadıma düşmür.Əli Abbasov akademik idi və öz sahəsi üzrə deyilənə görə savadlı biri idi.Bu Raminin ən yüksək vəzifəsi axırıncı iş yerində gətir götür işləri ilə məşgul olmaq olub.(Yəni invertarları ora bura sürütləmək)Bütün şəkillərində də .....(deyillər domonoda da HƏMİŞƏ UDUZUR).İndi ay bədbaxt millət ... bundan artıq nə gözləyirsiz HIY.

Yaşar 2018-09-05 15:48:07

https://mida.gov.az/az/security/compliance/ "Güzəştli mənzil" sistemi qabaqcıl beynəlxalq standartlara cavab verir Heç olmasa bu xəbəri saytlarından yığışdırsınlar, Prezident demişkən, utansınlar.

Yaşar 2018-09-05 15:48:07

Bəs hanı bunların təkmilləşdirilmiş SOC-2, SOC-3 sistemləri. Özlərini də biabr etdilər, dövləti də.

EWDER 2018-09-05 15:48:07

REAL AZERBAYCAN ,BUDUR...BOW BOW DANIWIQ,ALDATMAQ ,ATMAQ,YALAN,HARAM ...ESAS INKIWAFDU,YAVAWDAMAQ OLMAZ

Xidmətdən 2018-09-05 15:48:07

BU GÜZƏŞTLİ MƏNZİL SATILMASINDA HƏSƏNOF KƏRƏMİN İŞTİRAKI OLDUĞU ÜÇÜN ORDA ŞƏFFAFLIQ AXTARMAQ SADƏLÖVLÜKDÜR...

Son yazılar