Əsgər Səftər Məmmədov sağdır...

Bu gün yerli mətbuatda cəbhədə şəhid olan hərbçi Səftər Məmmədovla bağlı yayılan xəbərlərdə bəzi yalnışlığa yol verilib.

Belə ki, şəhid Səftər Məmmədova məxsus olduğu bildirilən fotolar və facebook statusu başqa bir şəxsə aid imiş.

Bu barədə azvision.az-a şəhidin adaşı, şəkilləri mətbuat səhifələrində dərc olunan Səftər Məmmədov bildirib.

Hazırda hərbi xidmətdə olduğunu deyən S.Məmmədov şəhid olması ilə bağlı xəbərlərin ailəsinə çatmasında narahatdır: “Mən hazırda “N” saylı hərbi hissədə xidmət edirəm. Saytlarda şəkillərim yayılıb, amma şəhid olan əsgər Səftər Məmmədov mən deyiləm. Xahiş edirəm, bu məlumatlar saytlardan silinsin. Ailəm də, yaxınlarım da mənə görə narahatdır. Çox xahiş edirəm, məlumat saytlardan çıxarılsın”.

S.Məmmədov əslən Samuxun Kolayir kəndindən olduğunu bildirib.

Qeyd edək ki, düşmən gülləsinə tuş gələn zabitimiz Səftər Məmmədov isə Salyan rayonundandır.

*     *      * 

 

“Bilsəm ki, cənazəmə gələrsən, onda ölərəm...”. Lent.az-ın məlumatına görə, bunu ötən gecə düşmən gülləsinə tuş gələn şəhid Səftər Məmmədov öz facebook səhifəsində yazıbmış. Əslən Salyan rayonunun Seyidsadıqlı kəndindən olan gəncin bu sözləri sevdiyi qıza görə yazdığı güman edilir.

“Sənin üçün o qədər darıxmışam ki, bilsəm ki, cənazəmə gələrsən, onda ölərəm”.

Qeyd edək ki, S.Məmmədovun ailəsinə onun şəhid olması ilə bağlı məlumat verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar