HƏKİM RÜŞVƏT ALARKƏN YAXALANDI - Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial problemlərin həlli, əhalinin aztəminatlı təbəqəsinin maddi vəziyyətinin yaxşılaşdırılması, pensiya təminatı sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir.

Lakin, bəzi hallarda əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən əhalini narahat edən müxtəlif sahələrdə korrupsiya hüquqpozmalarına rast gəlinir ki, bu qanunazidd hərəkətlərin qarşısının alınması və gələcəkdə təkrarlanmaması istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilir.

Belə ki, özlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri kimi təqdim edən bir qrup şəxsin pensiya və ünvanlı sosial yardımların təyin edilməsi ilə bağlı İsmayıllı rayon sakinlərindən qanunsuz olaraq pul almaları barədə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gülarə Bədirova tanışını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətli vəzifəli şəxslərinə təsir etmək imkanına malik olmasına inandırıb, əlillik dərəcəsinin dəyişdirilməsi üçün ondan sentyabrın 3-də C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda cinayət əlaqəsinə girdiyi həkim kardioloq Yeganə Osmanovanın xidməti otağında 2500 manat məbləğində pulu birlikdə alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

Xidməti otağa baxış zamanı həmin pullar, əlillik dərəcəsi və qrupunun verilməsi üçün zəruri olan sənədlər, o cümlədən epikrizlər, habelə istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülüb.

G.Bədirova və Y.Osmanovanın özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə, başqasını rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlara Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3 (dələduzluq öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla G.Bədirova barəsində məhkəmənin qərarı ilə həbs, Y.Osmanova barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə qeyd olunan qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla həmin şəxslər tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxta sənədlər əsasında əlillik dərəcəsi və qruplarının verilməsi səbəbindən qanunsuz pensiya təyinatı hallarına, habelə korrupsiya və digər bu kimi neqativ hallara qarşı bundan sonra da ardıcıl və kəsərli mübarizə tədbirləri davam etdiriləcək.

635x100

Şərhlər

Şəkidən 2018-09-05 17:25:31

Şəki Mərkəzi Xəstəxananın əmlakını və büdcədən ayrılan pulları ...., Zakatala rayon Xəstəxanasının Baş həkim vəzifəsinə təyinat alan Məcid Əliyevlə bağölı nə vaxt tədbir görüləcək?

Ələkbər 2018-09-05 17:25:31

Həkim yaxalandı.Bəs işdən çıxarıldıqdan sonra ortaya çıxan oğurlanan milyardları mənimsəyən Məmmədov.Müslümov,İbrahimov və digərləri niyə yaxalanmır? Ölkədə neçə qanun var?

2018-09-05 17:25:31

Uzun illərdir ki,"Şəki-Bazar"ASC-də korrupsiya halları hökm sürür.Dəfəflərlə aidiyyatı qurumlara rəsmi məlumat verilməsinə baxmayaraq heç bir müsbət nəticəsi olmamış,yenə də şəxsi maraqlar naminə gündəlik toplanılan xidmət pullarının 90%-i Vergidən yayınaraq mənimsənilir,bu neqatif hallara Vergi Nazirliyi tərəfindən göz yumulur? İldə ən azı Şəki -Bazar ASC-də ən azı 500,0-600,0 min manat vergidən yayınma hallarına yol verilir ? Kamran müəllimdən xahiş edirəm,Şəki-Bazar ASC də olan özbaşnalığa son qoysun ?

elşad 2018-09-05 17:25:31

Adamın heç inanmağı gəlmir. Yəni doğrudan bizdə də belə şeylər oluuuuur.??????????

Cəmşid Dərələyəzli 2018-09-05 17:25:31

Azərbaycanda heç olmayan nadir bir əməliyyatdır. Şok təsiri bağışladı.

Sedaqet 2018-09-05 17:25:31

Selim Muslumovun rehberliyi gucluymush demeli...en azindan 5 il erzinde tutulan olmadi. Hekim almagi tez goze girir amma diger talancilar girmir . Yegin yaxshi payliyirlar ona gore . Hekimde cox goturub bolseydi tutulmazdi. Yaxix...ureyim agridi

S.H. 2018-09-05 17:25:31

Bele balaca kambuziya baliqlarini tutub gostermek isteyirsiz ki, is gorursuz?! Huneriniz varsa Akulalari tutun!!!! Cinayet icinde olan , cinayet isi qaldirilmis Akulalari da azad edirsiz!!!! Bu sizin tutduqunuz yoldu! Turme kasiblarindi!

G.M 2018-09-05 17:25:31

Azərbaycanda İH Başçılarının,polislərin,Hakim və Həkimlərin rüşvət alması artıq institutlaşıb.YPX avtomobili saxlayarkən ancaq bir şey fikirləşir ``nə etsin ki,rüşvəti çox alsın``.Qaydanın pozulması və onun cəza hissəsi maraqlı deyil Həkimə qulağının ağrısından danışırsan,həkimin gözü ``döş cibindəki`` pulların rəngini araşdırır.İH Başçısına dərdini danışırsan..adamın gözünün içinə basxa-baxa səndən qoparda biləcəyi pul haqqında fikirləşir və.s

rasim 2018-09-05 17:25:31

Niyə, Buzovna qəsəbəsi, Ruhulla Axundov 2-də yerləşən 3 saylı yataqxananın həyətinin böyük hissəsini, otaqlarını satdığına, yataqxananın bəzi sakinlərinə yataqxananın fasadını bir neçə yerdə irəli çəkilməsinə rüşvətlə icazə verdiyinə görə 112 saylı MKİS-in rəisi Cəfər Hüseynov ... məsuliyyətinə cəlb edilmir? Cəfərin bu alverindən sonra ünvanı Ruhulla Axundov 2 olan yataqxananın bu küçəyə çıxışı kəsilib. İri rüşvətxorlara toxunmurlar, yalnız həkim və müəllim həbs etməklə məşğuldurlar.

BAKILI 2018-09-05 17:25:31

Bunlarin gucu ancaq hekime birde muellime catir

ilham 2018-09-05 17:25:31

KORRUPSIYAYA QARSHI MUBARIZE IDARESINE MESLEHET GORERDIK KI, YOLUNU DOVLET YOL POLISININ AVTOMOBILLERIN QEYDIYYATIDARESINE NOMRE ALVERINESA;SIN

pensioner 2018-09-05 17:25:31

Ortalıqda olan pulun miqdqrı 2,5 min əvəzinə 2,5 mln olsaydı heç kim tutulmazdı.

elsevər 2018-09-05 17:25:31

Həkim sizcə nə qədər maaş almalıdər ki ,rüşvət almasın? Biz bu qədər veririkmi ona?Onu tutanlar ayda nə qədər qazanırlar?Tutduqlarımız da bu millətdəndir. Gəlin əvvəl onları minimum ehtiyaclarını ödəyəcək qədər maaşla təmin edək .

Son yazılar