Sloveniyada çevriliş cəhdində şübhəli bilinən şəxslər saxlanılıb

Sloveniyada konstitusiya rejimini devirmək cəhdində şübhəli bilinən 2 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, Maribor şəhərində polis beş yaşayış binasında axtarışlar aparıb.

Qeyd olunur ki, saxlananlar arasında prezidentliyə keçmiş namizəd Andrey Şişko və onun müttəfiqi də olub. A.Şişko 2017-ci ilin noyabrında keçirilmiş seçkilərdə 2,2 faiz səs toplamışdı.

Digər şübhəlilərin axtarışları davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar