Əsgər ölümləri erməniləri ayağa qaldırdı - "Hanı verilən o vədlər?"

"Qarabağ Azərbaycanın ərazisi olaraq qalsaydı..."

Ermənistan sosial şəbəkələri dünən Azərbaycan və Ermənistan təmas xəttində baş vermiş atışma zamanı öldürülmüş erməni əsgəri Azat Asoyanın ölümündə ölkə hakimiyyətini günahkar bilərək, iqtidarı sərt formada tənqid edib.

Avropa.info xəbər verir ki, sosial şəbəkə iştirakçıları ölən əsgərin İrəvandan olduğunu bildiriblər və onun Qarabağda ölmünü sərt formada qınayıblar.

Ermənilər hazırkı iqtidarın apardığı siyasəti nəticəsində ölkələrinin blokada şəraitində qaldığını bildiriblər və Azərbaycanla müharibənin erməni xalqına böyük ziyan vurduğunu vurğulayıblar.

“Biz 20 ildən çoxdur ki, blokada şəraitindəyik, bu vaxt ərzində Ermənistan yalnız geriyə addımlayır. Qarabağı tutduq, əvəzində nə oldu? Hanı verilən o vədlər? Mən əminəm ki, Qarabağ Azərbaycanın ərazisi olaraq qalsaydı, Ermənistan əhalisi bu gün belə acınacaqlı durumda yaşamazdı, ölkəmiz qonşularımızın həyata keçirdiyi bütün iqtisadi layihələrdən təcrid olunub”- deyə sosial şəbəkə istifadəçilərindən biri yazıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar