NOVRUZ MƏMMƏDOV NAZİRLƏRİ TOPLADI - Beynəlxalq Bankı özəlləşdirməyə hazırlayırlar

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun rəhbərliyi ilə aidiyyəti qurumların (İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı Nəqliyyat Agentliyi, Aqrarkredit QSC, Azərbaycan Sənaye Korporasiyası ASC) rəhbərlərinin iştirakı ilə “Aqrarkredit” QSC tərəfindən Azərbaycan Beynəlxalq Bankından alınmış problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş nəqliyyat vasitələrinin səmərəli istifadə məsələsi müzakirə edilib.Bu barədə “Report”a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

İclasda “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli fərmanının icrasının təmin edilməsi istiqamətində müzakirələr aparılıb və aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.

635x100

Şərhlər

Mirzə AĞ 2018-09-06 17:50:37

"Bəs, onda biz nə edərik? Qurbağa kimi "qurr-qurr..." qurulduyarıq?" - "Sehirli xalat" filmindən epizod...

G.M 2018-09-06 17:50:37

N.Mamedov FHN -nə birbaşa zəng eliyə bilirmi görəsən..Yocsa çerez Fəttah kişi çıxıb...Noruz mallımın ``Fransız`` B/F-dəki rolunda başqa yadda qalan fəailiyyətini xatırlamıram

fıstıq 2018-09-06 17:50:37

Şapka Mamedin "ŞAPKASI" ölüb ki, Novruz Bayramı Beynəlxalq Bankı özəlləşdirsin!

Son yazılar