Ukraynada qadınların orduda xidmət keçməsinə icazə verilib

Ukraynada qadınların orduda xidmət keçməsinə icazə verilib.

“Report” UNİAN-a istinadla xəbər verir ki, Ali Rada Ukrayna Silahlı Qüvvələrində qadınların kişilərlə bərabərliyini təsbit edən qanun layihəsini təsdiqləyib.

Qanuna əsasən, Ukraynada qadınlar müqavilə əsasında Silahlı Qüvvələrdə xidmət keçə, orduya çağırıla, habelə ehtiyatda qulluq edə biləcəklər.

İstisnalar yalnız anaların və uşaqların hüquqlarını qoruyan mövcud qanunların nəzərdə tutduğu hallara şamil edilir.

Qanun dərc edildikdən on gün sonra qüvvəyə minəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar