Gültəkin Hacıbəylinin adı AŞPA-nın sanksiya siyahısından çıxarılıb

Milli Məclisin keçmiş deputatı Gültəkin Hacıbəyli öz adının AŞPA-nın sanksiya siyahısından çıxarıldığını bildirib.

Xatırladaq ki, iyunda AŞPA müstəqil istintaq orqanı etik normaları pozan, öz hərəkətləri ilə bağlı açıqlama verməkdən imtina edən, Avropa Şurasının binasına girişdən və tədbirlərdə iştirakdan ömürlük məhrum edilən 29 nəfər indiki və keçmiş AŞPA üzvünün siyahısını dərc etmişdi.

Onların arasında Milli Məclisin iki üzvü Elxan Süleymanov və Müslüm Məmmədov, həmçinin parlamentin keçmiş deputatı Gültəkin Hacıbəyli də vardı.

O, istintaq orqanına ifadə verməkdən imtina etdiyinə görə siyahıya daxil edilmişdi. Ancaq əslində AŞPA-da Azərbaycan nümayəndə heyətin rəhbərliyi ifadə vermək üçün çağırış faktını G.Hacıbəylidən gizlədib.

Sentyabrın 3-də Parisdə Prosedur Qaydaları, İmmunitetlər və İnstitusional Məsələlər Komitəsinin iclasında G.Hacıbəylinin adının sanksiya siyahısından çıxarılması barədə qərar qəbul edilib.

"Bununla da Azərbaycan hökumətinin mənə qarşı təxribatı fiaskoya uğradı", - keçmiş deputat qeyd edib.

G.Hacıbəylinin sözlərinə görə, Komitə nəzərə alıb ki, araşdırma 2012-2015-ci illəri əhatə edib. Onun isə 2010-cu ildən sonra assambleya ilə heç bir əlaqəsi olmayıb.

2000-2010-cu illərdə Milli Məclisin üzvü olan G.Hacıbəyli AŞPA-da milli nümayəndə heyətinin üzvü olub. Eyni zamanda hökumətyönlü mövqe tutub. Lakin sonradan hakimiyyəti tənqid etməyə başlayıb və Demokratik Qüvvələrin Milli Şurasına qoşulub. Bundan sonra hakimiyyət tərəfindən təzyiqlərə məruz qalıb. (Turan)

635x100

Şərhlər

Miri уə 2018-09-06 21:44:11

Nazim Hikməт demişkən: "Mən уanmasam, Sən уanmasan, Xalq necə çıxar azadlıga?" "Bizinki saуılan" Xarici və Daxili, İqтidar və Müxalifəт siуasəтləri bircə Gülтəkin xanımı dəуil, büтün xalqın maraqlarını işgalçı тərəfdaşlarına belə lüтcə paуlamaqdadırlar ki, тəki oz xalqını sürüтməуə bir daha zaman versinlər!? AŞPA, işgalçını oz sırasından çıxarıb, depuтaтlarımızın iddiası ilə Avropa Məhkəməsinə gondərmək əvəzinə, çoxdan müxalifəтçi nümaуəndəуə qarşı SAТQINCA məhdudiууəт qoуur?

miri 2018-09-06 21:44:11

Görəsən AŞPA "yeniazərbaycan kəşfi"- çağırış faktının gizlədilməsinin nə olduğunu bu günə qədər bilirdimi? Analoqsuz ölkəmiz ancaq "yeniliklər" kəşf edir))))

Son yazılar