«Kontruktiv mövqeyə ziddir» - Rumıniya avrokomisarı təkzib edir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rumıniyanın xarici işlər naziri avrokomisarın bu günlərdə səsləndirdiyi «Buxarest Avropa İttifaqını məhv etmək istəyir» bəyanatı təkzib edib.

Nazir qeyd edib ki, avrokomisar Ettingerin açıq səsləndirdiyi bəyanat onun tam hüquqlu üzv ölkəyə yönəlik tutmalı olduğu konstruktiv və balanslaşdırılmış mövqeyə ziddir və reallığa əsaslanmır.

Bu barədə nazir Teodor Meleşkanu cümə axşamı özünün «Feysbuk» səhifəsində yazıb.

«Biz, təəssüf hissi ifadə edirik ki, Avropa Komisiyasının belə təcrübəli üzvü Günter Ettinger reallığa əsaslanmayan bəyanat verir. Cənab Ettingerə xatırladırıq ki, avrokomisarın Avropa İttifaqına üzv ölkəni, əvvəlcədən ciddi informasiya almadan ittiham etməsi normal hal deyil. Cənab Ettingerin açıq bəyanatı avrokomisarın tam hüquqlu üzv ölkəyə yönəlik tutmalı olduğu konstruktiv və balanslaşdırılmış mövqeyə ziddir» - heyə, Meleşkanu qeyd edib.

Bundan əvvəl, Ettinger belə bir fikir səsləndirib ki, Macarıstan, İtaliya, Polşa və Rumıniya Avropa İttifaqını dağıtmaq istəyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar