Çin, Britaniya HDQ-nin Cənubi-Çin dənizindəki fəaliyyətinə etiraz edir!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikasının (ÇXR) Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniya hərbi-dəniz qüvvələrinin (HDQ) Cənubi-Çin dənizində azad gəmiçilk prinsipinin təmin olunması məqsədilə keçirdiyi əməliyyata etiraz ifadə edib.

Bu barədə cümə axşamı «Röyter» agentliyi xəbər verib.

«Çin tərəf ciddi şəkildə Britaniya tərəfi təxirə salmadan bu cür provakasion fəaliyyəti dayandırmağa çağırır» - deyə agentlik Çin XİN-nin bəyanatından sitat gətirir.

Bundan əvvəl, «Röyter» agentliyi xəbər vermişdi ki, Britaniya HDQ-nin desant-vertolyot gəmisi avqustun 31-də Çinin nəzarəti altında olan Parasel adalarının yaxınlığından keçib.

Çin Parasel adaları, Spratli (Nanşa) və Xuanyan (Skarboro) arxipelaqı uğrunda Bruney, Vyetnam və Filippinlə ərazi mübahisəsi aparır. 2013-cü ilin sonlarından başlayaraq, Pekin burada miqyaslı hidrotexniki və tikinti işləri aparır və süni adalar yaradır, həm də ərazini genişləndirir və istismara hazırlayır. ABŞ və Yaponiya Pekini dənizdə quru sahələr yaratmaqda günahlandırır. Onların iddiasına görə, həmin quru ərazilər hərbi məqsədlər üçün istifadə oluna, o cümlədən, hərbi-dəniz bazasına və hərbi aerodroma çevrilə bilər.

Çin XİN isə öz növbəsində, israr edir ki, Cənubi-Çin dənizində vəziyyətin gərginləşməsində məsuliyyəti məhz Birləşmiş Ştatlar daşıyır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar