Azərbaycan yığması İsraillə oyunda qələbəni əldən verib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report" xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Dalğa Arena"da İsraillə üz-üzə gəlib.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı artıq 35-ci saniyədə rəqib müdafiəçilərin səhvindən sonra Renat Dadaşov açıb. Lakin 30-cu dəqiqədə Şon Zalman Vaysman bərabərlik qolunu vurub.

86-cı dəqiqədə Azərbaycan millisi qələbə topunu vurmaq üçün əlverişli şans əldə edib. Lakin Ziya Əzizov Fəhmin Muradbəyliyə qarşı kobudluğa görə təyin olunmuş penaltidən yararlana bilməyib.

Bununla da Azərbaycan millisi qrupda keçirdiyi 8-ci oyunda 2-ci xalını qazanıb. Komanda bu nəticə ilə sonuncu - 6-cı pillədə qərarlaşıb. İsrail isə xallarını 8-ə çatdırıb.

Görüşü izləyənlər arasında Azərbaycanın əsas millisinin baş məşqçisi Qurban Qurbanov da olub. Tamaşaçı sayı isə 100-ü keçməyib.

6 senytabr

Avropa çempionatının seçmə oyunu

V qrup

21:00. Azərbaycan - İsrail - 1:1

Qollar: Renat Dadaşov, 1 - Şon Zalman Vaysman, 30

Hakimlər: Trustin Farrugia Cann, Alan Camilleri, Luke Portelli, Malcolm Spiteri (hamısı Malta)

"Dalğa Arena".

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu sentyabrın 11-də "Dalğa Arena"da Norveçə qarşı keçirəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar