Gürcüstan məhkəməsi Marneulinin sabiq rəhbərini həbsdə saxlayıb

Gürcüstanın Rustavi şəhər məhkəməsində Marneuli rayonunun sabiq rəhbəri Temur Abazovun işi üzrə məhkəmə iclası keçirilib.

“Report”un Gürcüstan bürosunun xəbərinə görə, saat 13:00-da başlamış məhkəmə iclasına bu saatlarda yekun vurulub.

Məhkəmə prosesi zamanı T.Abazova qarşı irəli sürülmüş ittiham ağırlaşdırılıb. İttihamlara şəxsi həyatı əks etdirən materialın əldə olunması, internet və sosial şəbəkələrdə yayılması da əlavə olunub.

Məhkəmədə çıxış edən T.Abazov ona qarşı irəli sürülmüş bütün ittihamları əsassız adlandırıb. O, cinayətkar olmadığını qeyd edərək, həmişə qanunlara tabe olduğunu söyləyib.

Müdafiə tərəfi istintaqın başa çatdığını bildirərək, T.Abazovun azadlığa buraxılmasını tələb edib.

Məhkəmə T.Abazovun həbsdə saxlanılması barədə qərar qəbul edib.

İş üzrə növbəti məhkəmə iclası sentyabrın 20-nə təyin olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar