Bakıda sirri çözülməyən 3 cinayət - İlginc açıqlamalar 

Bakıda 1 ilə yaxındır ki, sirri çözülməmiş və hələ də bir-biri ilə bağlı olub-olmadığı bilinməyən 3 kriminal hadisədən birinin bəzi təfərrüatları məlum olub.

BakuPost.az xəbər verir ki, söhbət itkin düşən Günəşli qəsəbə sakini olan biznesmendən gedir. Bir müddət Dağıstanda yaşamış iş adamının qardaşı (adının açıqlanmasını istəmədiyi üçün yazmırıq – red.) BakuPost-la əlaqə saxlayaraq dünən mətbuatda bu barədə gedən xəbərləri təkzib edib.

Verilən məlumatda itkin düşən şəxsin radikal dini qruplaşmaların tərkibində iştirak etdiyi və sələfi təriqətinin üzvü olduğu qeyd olunub. Lakin qardaşı onun namaz qılan olsa da, radikal qruplaşma üzvü və sələfi olmadığını deyib.

Bundan başqa, yazıda qeyd olunub ki, ötən ilin sentyabrında Hövsan qəsəbəsindəki kollektordan odlu silahla qətlə yetirilən, hissələrə bölünmüş kişi meyitinin qalıqları aşkarlandıqdan sonra, itkin düşən iş adamının qohumları hüquq-mühafizə orqanlarına müraciət ediblər. Lakin cəsədin qalıqlarından yaxınları onu tanıya bilməyiblər.

Biznesmenin qardaşı bunun da yalan xəbər olduğunu deyib. O, qardaşının 1983-cü il təvəllüdlü olduğunu açıqlayıb və onun noyabr ayında itkin düşdüyünü deyib. O, xəbərdə vurğulandığı kimi, hansısa meyitə baxış keçirmədiklərini qeyd edib.

Qardaşının borca görə qətli ehtimalının da olmadığını deyən şəxs şərikinin hazırda Moskvada olduğunu və ondan şübhələnmədiklərini vurğulayıb.

Noyabrda itkin düşən şəxsdən sonradan "sağ-salamatam” mesajı gəldiyini təsdiqləyən qardaşı həmin nömrəyə sonradan zəng çatmadığını bildirib.

O, itkin qardaşının ailəsinin hazırda Dağıstanda olduğunu deyib.

Qeyd edək ki, bir müddət əvvəl Bakının Suraxanı rayonunda zibil qutusundan tapılan balta ilə kəsilmiş, tatuirovkalı əl tapılıb. Barmaq izlərindən onun kimliyini hələ müəyyən etmək olmayıb. Əlin üstündə beş nöqtəni əks etdirən zər tatuirovkası olub. Biznesmenin qardaşı bu əlin qardaşına aid olmadığını qeyd edib. Deyib ki, onun qardaşının əlində bıçaq tatuirovkası olub. Əlin kimə məxsus olmasını müəyyən etmək üçün Rusiya polisinə müraciət edilib.

Sirri çözülməyən ikinci qətl hadisəsi isə Bilgəhdə baş verib. Belə ki, ötən il sentyabrın 5-də Hövsan qəsəbəsindəki kollektordan odlu silahla qətlə yetirilən, hissələrə bölünmüş kişi meyitinin qalıqları aşkarlanıb. Mərhumun saçları, qaşları qırxılmış, kiprikləri yandırılmış vəziyyətdə olub.

İstintaqın gəldiyi nəticəyə görə, qatil bunu qurbanının aşkarlanmaması üçün edib. Bu üzdən də itkin düşmüş şəxslərin siyahısındakı məlumat bazasındakı yoxlamalar heç bir nəticə verməyib. Qətlin üstü bu günə kimi də açılmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar