Bakı Kristal Zalı 2 ildir zərərlə işləyir

Dərc olunub: 07/09/2018 - 09:25

a0787473-f70d-4faf-abeb-4fb58fa4c5e9“Bakı Kristal Zalı” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 176,536 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,7% azdır.

2017-ci ildə “Bakı Kristal Zalı”nın cəmi öhdəlikləri 80% azalaraq 73 min manat, cəmi kapitalı isə 4,5% azalaraq 176,463 mln. manata düşüb.

Ötən il “Bakı Kristal Zalı”nın əməliyyat gəlirləri 369 min manat (əvvəlki ilə nisbətən 4,1 dəfə çox), əməliyyat xərcləri isə 10,83 mln. manat (58,4% çox) təşkil edib. Son nəticədə şirkət 2017-ci ili 10,46 mln. manat xalis zərərlə başa vurub ki, bu da illik müqayisədə 55% çoxdur.








loading...


Fikrinizi bildirin