ZEYNƏB XANLAROVA HARDADIR?  -  "Tez-tez Azərbaycana gəlib-gedir"

Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarovadan uzun müddətdir ki, xəbər yoxdur. Bəzi iddialara görə, sənətkarın səhhətində problemlər yaranıb.  Modern.az saytı iddialara cavab almaq üçün oğlu Ramin Babayevlə əlaqə saxlayıb.

Ramin Babayev deyib ki, anasının səhhəti normaldır və o, sənəti ilə məşğuldur: "Bilirəm ki, Zeynəb Xanlarova ilə hamı maraqlanır. Araya bir az sükut çökən kimi şayiələr yayılır. Övladı olaraq deyə bilərəm ki, anamın səhhəti çox yaxşıdır. Yay boyunca həm istirahət edib, həm də sənəti ilə məşğul olub. Gah Amerikada, gah da Türkiyədə olur. Bu yaxınlarda Türkiyənin paytaxtı Ankara da daxil olmaqla, bir neçə şəhərdən konsert verməsi ilə bağlı təkliflər gəlib. Çalışır ki, təklifləri cavabsız qoymasın, konsertlər versin. Demək olar ki, Zeynəb xanım tez-tez Azərbaycana gəlib-gedir. Yeni mövsümdən ölkədə olacaq”.

Ramin Babayev modern.az-a açıqlamasında öz işlərindən söz açarkən belə deyib ki, hazırda işsizdir: "2012-ci ildən 2018-ci ilin aprelinə kimi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində çalışırdım. Bildiyiniz kimi, həmin komitə bu ilin aprelində lğzv edilib. Komitə ləğv ediləndən bu günə kimi işsizəm. Oturub evimdə dincəlirəm. Düzdür, iş təklifləri gəlir. Hələ ki, ciddi nə isə yoxdur”.

Qeyd edək ki, 81 yaşlı Z.Xanlarovanın iki oğlu var. Ramin Babayev 43, Ramal Babayev 40 yaşındadır.

Ramin Babayev 1996-cı ildə Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr fakültəsini, 2010-cu ildə BDU-nun Hüquqşünaslıq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1996-cı ilin noyabr ayından başlayıb, Səbayel rayonu prokurorunun köməkçisi, 2000-ci ildə Bakı şəhəri Prokurorluğunda Gömrük və vergiyə nəzarət şöbəsində prokuror vəzifələrində çalışıb. 2001- ci ildə Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində müstəntiq, 2003-ci ildə Enerji gömrük idarəsində Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması şöbəsinin rəisi vəzifəsində işləyib və polkovnik-leytenant rütbəsi alıb.

2007-2012-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunda Beynəlxalq əlaqələr idarəsinin prokuroru işləyib. 2012-ci ildən 2018-ci ilin aprelinə kimi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsini icra edib..

Ramin Babayev Azərbaycanın Qırğızıstandakı keçmiş səfiri, Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Ağayevin kürəkənidir.

635x100

Şərhlər

N.Əhmədli уə 2018-09-07 10:27:47

işsiz Ogluna münasibəт bidirməmisiniz.

Azad Qarabaglı 2018-09-07 10:27:47

Lap УAP voуajerinə bənzəуir. Ona iş uguru, Zeуnab xanıma mohkəm can saglıgı arzulaуırıq.

N.Əhmədli 2018-09-07 10:27:47

Qabusnamədə deyilir ki, ən böyük düşmən qocalıqdır. Bəli. Heyif bu da Qoca Dünyanın qocaltdığı bir gözəl xanım. Ancaq boş şeydir, Zeynəb xanım mənim qəlbimdə həmişə bir gənc xanım olaraq yaşayacaqdır.

G.M 2018-09-07 10:27:47

Xəstəliyi,filanı yalan söhbətdi.Zeynəb xanım neynəsin...Onun da Nazirlər Kabnetində işləmək üçün yaşı çatıb.Yəqin qorxur ki,PA-dan görsələr,tutub NK -ə işə qoyacaqlar.Deputatlıq mandatı səlahiyətindən məhrun ola.Ona görə də Fəttah mallım kimi seyrək görsənir.

Dağlı 2018-09-07 10:27:47

Axı bu xanım, duputat kimi hər şeydən öncə MM-də oturmalı idi. Onu bu səbəbdən duputat seçmişdilər. Lakin 82 yaşlı qadın duputat MM-də oturdu nə olacaq, oturmadı nə olacaq. Niyə 82 yaşlı bu xanım öz ölkəsində konsert vrrmir, ancaq xaricdə konsertə hazırlaşır. Çox təəssüf bütün iqtidarlara yarınan bu xanımın oğlu işsizdir, əsas budur. Sifarişli yazınının mətləbi ən sadə oxucuya məlumdur.

EWDER 2018-09-07 10:27:47

BELI ,QARDAW OLUB....AZEBAYJAN,EJDER OL CANI

nata 2018-09-07 10:27:47

Beynalxalq munasibetleri qurtarib,BDU-nun huquq fakultesine girene kimi her yerde bu nece prokuror iwleyib?Hmmmm....

Son yazılar