ELDAR ƏZİZOV BİNƏQƏDİNİ "SÖKMƏYƏ" BAŞLADI - "Zeytunluğ”u təmizlədi +VİDEO

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın rayonlarında aparılan abadlıq-qurculuq, zəbt olunan torpaq sahələrinin və yaşıllıqların hasarlarının sökülərək ərazinin təmizlənməsi, həmin yerdə abadlıq güşələrin yaradılması, vətəndaşları narahat edən amillərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Meriyadan verilən məlumata görə, vətəndaşlardan daxil olmuş çoxsaylı müraciətlər əsasında Şəhər İcra Hakimiyyətində yaradılmış xüsusi Komissiya tərəfindən Binəqədi rayonu 6-cı mikrorayon ərazisindəki zeytunluq adlanan ərazidə, Heydər Məscidinin yaxınlığında araşdırmalar aparılıb.

Yaşıllıq ərazisində bəzi işbazlar tərəfindən qeyri-qanuni olaraq ərazinin zəbt olunaraq hasarlanması, müxtəlif şəxslərə satılması və bəzi yerlərdə mövcud zeytun ağaclarının kəsilməsı, yaşıllıqların məhv edilməsi faktları üzə çıxarılıb.

Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə texnika və işçi qüvvəsi cəlb olunmaqla zeytunluq ərazisində, ümumilikdə 3 ha sahədə müxtəlif şəxslər tərəfindən qanunsuz zəbt olunmuş 16 torpaq sahəsinin hasarları sökülüb, ərazi tikinti materialları və tullantılardan təmizlənib. Bu ərazidə yeni ağacların əkilərək yaşıllıqların bərpa olunması ilə bağlı işlərə başlanıb. Park ərazisinin qanunsuz olaraq hasarlanması və yaşıllıqların məhv edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

İlk növbədə vətəndaşların istirahətinin səmərəli təşkili, onları narahat edən amillərin aradan qaldırılması, sosial şəraitinin yaxşılaşdırılması, ümumilikdə isə paytaxtımızı daha da gözəlləşdirmək olan bu tədbirlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ardıcıl olaraq davam etdiriləcək.

635x100

Şərhlər

Fərman 2018-09-07 12:11:33

Rəsulzadə qəsəbəsinin mərkəzində, yerüstü keçidin dayaqları ilə eyni xətt üzrə, səkini və arxa küçəninin yarısını tutaraq tikilmiş yeni "Dostluq" adlı ticarət mərkəzi də sökülməlidir. Özünə hörmət edən adam elə yerdə heç nə tikməz. Bu, millətə yuxarıdan aşağı baxmaqdır.

cəngərlik sakini 2018-09-07 12:11:33

rusların bir məsəli var.qulaq-lapşa məsələsi.qanunsuz satanın birini damğalasınlar,sonra görüm "qanunsuz"kim satar.necə deyərlər ağa durur,ağacan durur.cəzalandırındaaaaaa.AMMA alanı yox.satanı.burda uduzan "bədbəxt" xalqdır.ora tikiləndə hara baxırdılar.

dfg 2018-09-07 12:11:33

cox tesyfki jol salmaqla mewqyldylar

Sabir 2018-09-07 12:11:33

Yaxsi olar Insaatcilar metrosu etfafinda temizlik isi aparsinlar!

G.M 2018-09-07 12:11:33

Hasarı sökdülər,uçurdular ,inşaat materiallarını da ucuz qiymətə ``cındı bazara`` satdılar..Bəs sonra.Bunun harası ədalətli oldu.Olmazmı ki,həmin yerlər Qanuni olaraq toxunulmaz sahə kimi reystrə salınsın.Və hamı da bilsin ki,Yaşıllığı satsalar da almaq olmaz.Satanlar nə qədər səviyəsizdirsə,alanlar da o qədər vicdansızdırlar.Aralarında tək-tük günahsız sadəlöhv alıcı ola bilər.

EWDER 2018-09-07 12:11:33

PAY ATONNAN BOYUK IW GORUBLER,HACIBALANIN ISE VEZIFESINI BOYUDUBLER,XALEDDIN ISE TAPILMIR,OBYEKTLERI PARTA PART INKIWAF EDIR.... INDI AYILIBLAR.VALLAH GULMELIDI

Canəli 2018-09-07 12:11:33

Deyən bu qardaş səhərə kimi yatmır, "sökməklə" məşğuldur.

Son yazılar