TEHRAN ZİRVƏSİNDƏ BÖYÜK GƏRGİNLİK – Ərdoğan israrla İdlibdə "atəşkəs" tələb etdi, Putin yayındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran prezidenti Həsən Ruhani  və Rusiya prezidenti Putin bu gün Tehranda görüşüb.

Strateq.az xəbər verir ki, zirvə görüşündə ilk geniş çıxışı Putin edib.

O, İdlibdə müxtəlif terror qruplarının olduğunu və onların zərərsizləşdirilməsinin vacibliyini deyib.

Putin bildirib ki, böhranın ağrısız həll edilməsi vacibdir: “Davamlı sülhün bərqərar olması üçün çox işlər görülməlidir, insanlar yavaş-yavaş barışa doğru addım atır. Beynəlxalq birlik də buna dəstək olmalıdır. Bizim əsas məqsədimiz terrorçuları təmizləməkdir. Onların mülki şəxslərin arxasına sığınaraq, Suriyanın qanuni hakimiyyətinə qarşı fəaliyyətinə yol vermək olmaz”.

Putin çıxışında bir çox məsələlərə də toxunub. O, əmin olduğunu bildirib ki, bugünkü görüşdən müsbət sonluqlar alınacaq.

Putindən sonra isə Ruhani sözü türk həmkarı Ərdoğana verib.

Türkiyə lideri Ərdoğan bildirib ki, Astana razılaşmasına sadiq qalınmalıdır. O, ümid etdiyini bildirib ki, bugünkü görüşdə arzulanan nəticələr əldə ediləcək: “Biz Afrin və digər bölgələri terrorçuları təmizlədik. Məqsədimiz qaçqınların evlərinə təhlükəsiz qayıtmasını təmin etmək idi, bunu da etdik.  Ancaq zamanla gərginliyi məqsədli artıranlar var. Türkiyə olaraq biz Astana razılaşmasının riskli hala gəldiyini görürük. İdlib bizim üçün həm də bir milli təhlükəsizlik məsələsidir”.

Ərdoğan qeyd edib ki, İdlibə hər hansı bir hücum böyük fəlakətə yol açacaq, böyük köç olacaq:

 “Oradan milyonlarla insan bizim sərhədimizə sığınacaq. Biz əsla İdlibin qan gölünə dönməsini istəmirik. Bunun üçün də İran və Rusiyalı dostlarımızdan dəstək gözləyirik. Burada baş verəcək toqquşma böyük qətliama, qana, köçə səbəb olacaq. Biz bunu istəmirik. Biz Suriyada vəziyyət normallaşana qədər varlığımızı davam etdirəcəyik”.  

Ərdoğan İran və Rusiya liderlərinə İdlibdəki vəziyyətlə bağlı təklif verib.  O deyib ki, İdlibdəki müşahidə məntəqələri genişlənə, mülayim müxaliflərə həmin məntəqələrdə yer vermək olar: “Biz sizlərdən bizim də həssaslığımız anlayacağınızı gözləyirik”.

Ərdoğan PKK/YPG-nin fəaliyyətinə də toxunub və ABŞ-ın bu qrupa dəstəyini pisləyib. Eyni zamanda, Suriyada kimyəvi silah tətbiqinə də toxunub.

Türkiyə lideri bundan sonrakı zirvənin Rusiyada baş tutacağını vurğulayaraq, deyib ki, həmin zirvəyə böyük ümidlərlə gedəcəklərinə inanır.

İran prezidenti Ruhani isə çıxışında deyib ki, Suriyada məqsədləri sülh və barışıqdır: “Biz Suriyada böyük mərhələdən keçdik. Ən önəmlisi odur ki, artıq terrorçu qrupları danışdıran, onları qoruyan ölkələr artıq əvvəlki mövqelərini itiriblər. ABŞ və sionist qruplar terrorçulara silah verdi, onları dəstəklədi, ancaq görürük ki, artıq onlar çökür. Onlar məqsədlərinə çata bilməyəcək. Bu, önəmlidir.

İndi Suriyada iki vacib məsələ var: 

  1. Qalan terrorçuların zərərsizləşdirilməsi; 

  1. Suriyada yeni dönəmin başlanması, konstusiyanın qəbulu, demokratik, sivil dövlət sistemninin yaradılması…”.

Ruhani deyib ki, İdlib məsələsini elə həll etmək gərəkdir ki, nə terrorçu qalsın, nə də xalq əziyyət çəksin: “İdlib bütün terrorçulardan təmizlənməlidir. Bu terrorçular mülki şəxslərin arxasında gizlənirlər. Bütün çabalarımız buna yönəlməli, xalqı qorumalıyıq” .

O, Fəratın sahilində ABŞ-ın dəstəklədiyi YPG qüvvələrinin də problem olduğunu deyib: “Burada da problemlər var. Bu da ABŞ-ın yaratdığı problemdir. Bizim istəyimiz Amerikanın bu bölgəni tərk etməsi, bütün xalqın yurdlarına rahat qayıtmalarıdır”.

Ruhanidən sonra yenidən  söz alan Ərdoğan İdlibdəki bombardmanın dərhal dayandırılmasını istəyib: “Çünki artıq oradan köç başlayıb, bizim sərhədimizə doğru gəlirlər. Bizim artıq qaçqın qəbul etmək limitimiz dolub, biz onları yerləşdirə bilməyəcəyik. Buna bizim nə gücümüz, nə də imkanımız var. Ona görə atəşkəs əldə olunmalı və bundan sonra birgə tədbirlər planı hazırlayaq və  müvafiq addımlar ata bilərik. Bizim son sözümüz atəşkəsin dərhal həyata keçirilməsidir”.

Bundan sonra Putin söz alıb.

O, qeyd edib ki, Suriyanın ərazi bütövlüyü tam təmin edilməli və qanuni hakimiyyət bütün ərazilərinə nəzarət etməlidir: “Prezident Əsəd Suriyanın gələcəyi üçün qurulan Ana Yasa Komitəsində kimlərin təmsil olunacağının siyahısını verib. Müxaliflər də bu siyahını konkretləşdirib, verməlidir. Bu Suriyanın gələcəyini, onun ərazi bütövlüyü  və sair məsələlərinin təminatı olacaq. Bundan başqa, həm hərbi, həm də diplomatik əlaqələr bir-biri ilə əlaqələndirilməlidir. Hazırda Suriyada yenə də terrorçular qalıb, onlar hər an hər addım ata bilərlər. Biz onlara qarşıyıq, onlara imkan verə bilmərik. O üzdən müzakirələr davam etməlidir”.

Bundan sonra Ruhani bir daha deyib ki, elə edilməlidir ki, həm terrorçular ayaq açmasın, həm də xalq zərər görməsin: “Bunun üçün mütəxəssislərimiz daha çox işləməlidir. Məsuliyyətimiz çox böyükdür. Hamımız çalışmalıyıq ki, Suriyanın konstitusiyası yenidən yazılsın, artıq bura qanuni yolla hakimiyyətin təminatı həllini tapsın”.

Sonda Ərdoğan bir daha söz alaraq, bir daha atəşkəsdən danışıb: “Biz bu gün burada atəşkəs əldə edərsək, bu, zirvənin qələbəsi olacaq, xalq rahatlanacaq…”.

Sonda Ruhani Tehran bəyannəməsi haqda məlumat verib. 

Ancaq Ərdoğan bəyannamənin 3-cü maddəsinə etiraz edib və bildirib ki, burada “atəşkəs” sözü açıq yazılmalıdır: “Bu söz əlavə olunarsa, daha yaxşı olar”.

Putin isə bununla razılaşmayıb. O, bunu ərazidə terrorçu qrupların fəaliyyəti ilə əlaqələndirib: “Həmin bənddə hər üç ölkənin məsuliyyəti aydın göstərilib”.

Ərdoğan isə belə olan halda deyib ki, zirvədən bütün terror qruplarına, o cümlədən YPG-yə də silahları yerə qoymaq çağrışı edilməlidir. Ruhani bu məsələdə ona dəstək verib və belə bir çağırış edib.

Bununla da zirvə yekunlaşıb. Və 12 maddəlik Bəyannamə qəbul edilib.

Bundan sonra liderlər mətbuat birgə açqılamalar verib.

635x100

Şərhlər

o.b.n 2018-09-07 17:46:24

Mehriban Düşmənlər və ehtibarsız Dostlar.Demokratiya qorxusundan birləşənlər.ABŞ-ın günahı nədir?axı Bəşərin heç yaşı düşmürdu seçkiyə Surya qanunları ilə.Xalqını sevən xristiyan Fransa kimi,Litva kimi 2 dovürdən sanra gedərki,ölkəni karrubsiya basmasın siçovul kimi.Yoxsa islam ölkələrin biri 42 o biri 30 il.Özüdə özlərinə ad qoyurlar milləti atası nə bilim türmənin başı.Allahın xalqa verdiyi sərvəti dədəsinin mali kimi sağa-sola səpir,millət isə xristiyanlarin donuz fermasında tövlə təmizləyir.Qəddafini Sə

Cəmşid Dərələyəzli 2018-09-07 17:46:24

Liderlərin Tehran zirvəsində görünən o ki, İranla Rusiya həmfikirdir. Dolayisi ilə onlar, Sətralıtı hər ikisi də vurğulayırlar ki, Erdoğanın İdlibdə müxalifət hesab edib dəstəklədiyi Əsədə qarşı olan güclər terroristlərdir və onlar təmizlənməlidirlər. Yəni açıqca demək istəyirlər ki, Türküyə ya həmin güclərin silahı yerə qoymalarını tələb etməlidir, ya da əks halda bu qırğına ABD –də qoşulsa Türküyənin sərhədlərində böyük fəlakət yaşanacaq və ən əsası da 3 milyon qaçqın ordusu azmış kimi, yenidən 4 milyon insan da bu sığınmaçılara əlavə olunacaq. Ən təhlükəlisi isə, bu halda dörd milyonun içərisində on minlərlə YPG, PYD militanı Türküyəyə giriş yapacaq. İdlibdə olan sivillərin təhlükəsizliyi isə onlar üçün önəmli deyil. Önəmli olan onların bölgədəki çıxarları və siyasi maraqlarıdır. Durum ortada. Təbii ki, belə bir vəziyyətdə Qərar uca Türk millətinindir, Sayın Erdoğanındır. Lakin mənim bir daha xatırlatmaq istədiyim o ki, gəlin İranın və xüsusən də Rusiyanın siyasətinə və "dostluğu"ndan yana sadəlöhvlük etməyək. Bilirsiniz ki, iki yüz ildir Stambul Rus çarı Birinci Pyoturun vəsiyyətidir və ondan sonrakı nəsillərin də həp xəyalıdır. Nə yazıq ki, son zamanlar bu vəsiyyət Rusiya siyasətinin “təlxəyi” rolunda çıxış edən Jirinovskinin dili ilə də həp gündəmə gətirilməkdədir. Tarixçilər yaxşı bilir, Rusiya tarixən Iranla bir olub Azərbaycanın onurğa stununu sındırmaqla ərazilərini öz aralarında bölüşdürməklə məşqul olub. Uzaq tarixi demirəm, Rusiyanın yaxın iki yüz ildə başımıza gətirmədiyi oyunlar qalmayıb. Nə yazıq ki, bu hayla da devam etməkdədir.. Ən böyük xəyanəti isə əzəli Azərbaycan ərazilərimizdə bir erməni dövlətini qurması oldu.. Bu gün də həmin siyasət davam etdirilir.. 20-ci yüzilliyin əvvəllərində onların əli ilə törənən erməni- müsəlman davaları, 1948-53-cü illərin deportasiyaları, 1945-ci ildə Cənubu Azərbaycanda etdikləri xəyanətlər, 1988-ci ildə Erənistandan soydaşlarımızı tamamilə qaçqın salaraq təmizlənməsi, 20 yanvar və Qarabağ savaşı. Bir şeyi unutmamalıyıq ki, Rusiya federasiyası Keçmiş SSRİ-nin "hüququ"" varisidir. Siyasətində də, əməlində də. Bu gün onun Türküyəyə, Azərbaycana, İrana , Çinə söykənməsi dostluqdan və tərəfdaşlıqdan qaynaqlanmır. Bu gün o sivil dünyanın basqılarından qorunmaq və ayaqda qalması üçün, sadəcə dayaq axtarır. Yoxsa, məkir həmin məkir, siyasət həmin siyasətdir, dəyişən isə heç nə yoxdur. Hər halda bunlar yeter, ehtiyatlı olmağımıza.Lakin bütün bunlara rəğmən son vaxtlar, bəzi nilli məclis üzvüləri və "ekspert"lərin Rusiyaya sanki mələk donu geydirmək istəmələri anlaşılan deyil.

T.Ədalətə 2018-09-07 17:46:24

Düz deyirsən Rusiya Suriyadan çixsa,Suriya Liviyanın və İraqın gününə düşəcək.ABŞ Müsəlman dünyasının,o cümlədən NATO üzrə müttəfiqi olan Türkiyənin ən birinci düşmənidir.Mənə belə gəlir ki,ABŞ sabah bizə hücum etsə də sən yenə ABŞ-ı tərifləyəcəksən.Bir yaxşı bax gör bu mənfur ABŞ demokratiya adı ilə müsəlmanların başına nə oyun açıar.Əslində isə ABŞ-a Müsəlmanlar yaşayan ölkələrin nefti,qazı lazımdır,demokratiya yox.PKK-nın,PYD-nin,Əl-Kaidənin,İşidin və digər terrorçu qrupları ABŞ yaradıb və maliyələşdirir

t.ədalət 2018-09-07 17:46:24

ABŞ Bəşər Əsədin hakimiyyətini dağıdacaq.Rusiya onun qarşısını almağa qadir deyil.Nə qədər ki Bəşər hakimiyyətdədir ABŞ Suriyanı rahat buraxmayacaq.Bəşərin hakimiyyəti Rusiyanın mövqeyi deməkdir.Dünya bunu qəbul etmir.Rusiya Suriyadan çıxarsa müharibə bitəcək.

Abit 2018-09-07 17:46:24

Putin isteyir ki,Türkiye ayaq atda qalsın,qaçqın problemi ile üzleşsin.Onların her ikisi Türkü sevmir nifret edir.Neçeki üzlerine deyilmeyecek ele bilirler onlardan qorxuruq

Son yazılar