Türkiyə səfiri Azərbaycana başsağlığı verdi
Baxiş sayı:
Dərc olunub:
01/08/2014 - 16:18
Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun cəbhədə bölgəsində Azərbaycan əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib.
APA-nın məlumatına görə, diplomat bu barədə özünün twitter səhifəsində yazıb.
“Azərbaycanlı qardaşlarımızın təmas xəttində şəhid olması barədə xəbərlər gəlir. Hamısına tanrıdan rəhmət diləyirəm, ailələrinə başsağlığı verirəm”, - deyə diplomat qeyd edib.
Xatırladaq ki, Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər, atışmalar nəticəsində Azərbaycan ordusunun 9 hərbçisi şəhid olub, 4 nəfər ağır yaralanıb.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.