Rus rublu getdikcə daha çox dəyər itirir - Mərkəzi Bank bunu türk lirəsilə bağlayır

Rusiya Mərkəzi Bankının Araşdırmalar və Proqnozlar Departamenti rublun getdikcə daha çox dəyər itirməsinin səbəblərinə aydınlıq gətirən hesabat yayıb. "AzPolitika" Rusiya mətbuatına istinadla xəbər verir ki, Mərkəzi Bankın mütəxəssisləri rublun zəifləməsində Türkiyə lirəsinin ucuzlaşmasının xüsusi rol oynadığı qənaətinə gəliblər.

Rublun volotilliyinin artmasına, yəni kursunda böyük həcmli dəyişikliklərin olmasına Türkiyə lirəsi ilə yanaşı Cənubi Afrika Respublikası və Argentina milli valyutalarının ciddi dəyər itirməsinin də xüsusi təsiri olduğunu deyən ekspertlər əsasən də türk lirəsinin tutulduğu "xəstəliyin" rubla "yoluxduğunu" bildiriblər. Hesabatda göstərilib ki, Rusiya maliyyə bazarı Türkiyədəki proseslərdən ciddi şəkildə təsirlənib və bu təbiidir.

Bununla yanaşı, rublun hazırkı volotillik səviyəsində ABŞ sanksiyalarının rolu da olduqca böyük paya sahibdir. Vəziyyətdən çıxış yollarından biri kimi isə Mərkəzi Bankın bazardan xarici valyuta alışını müvəqqəti də olsa dayandırması göstərilir.

Qeyd olunur ki, rubl əvvəlki antirekordlarını qırmaqda davam edir. Belə ki dollar 70, avro isə 80 rubl həddini keçməkdədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar