Çin kosmosa peyk göndərib - Okeanı müşahidə etmək üçün

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çinin Şansi əyalətindəki Tayoan kosmodromundan «Çançjen-2C» («Böyük yürüş») daşıyıcı raketi orbitə çıxarılıb. O, okeanoloji mühaidələr və tədqiqatlar aparmaq üçün «Hayan-1» distansion zondlaşdırıcı peyklə təchiz olunub.

«Sinxua» agentliyinin xəbər verdiyi kimi, peyk uğurla orbitə çıxarılıb.

Bu peyk, Çinin özünün işəyib hazırladığı yeni aparatlar seriyasından birincisidir. O, okean səthinin rəng və temperaturunun dəyişməsinin monitorinqini aparmaq üçündür. Aparat həm də Çinin ətraf sularında mühitin öyrənilməsi və dənizdə təbii fəlakətlər zamanı köməklik göstərilməsi məqsədilə istifadə olunacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar