Şəhid müəmması: 9 yoxsa 11 şəhid?

Avqustun 1-nə keçən gecə erməni kəşfiyyat-təxribat qruplarının Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd etməsi nəticəsində Azərbaycan ordusu 9 yox, 11 şəhid verib

İnterpress.az-a bu barədə məlumatı hazırda hadisə yerində olan Müdafiə Nazirliyinin əməkdaşı, adının çəkilməsini istəməyən polkovnik-leytenant bildirib.

Onun sözlərinə görə, şəhidlərin sayı 11 nəfərdir.

Xatırladaq ki, avqustun 1-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd etməsi nəticəsində şəhid olan Azərbaycan hərbçilərinin sayı ilə bağlı ziddiyyətli məlumatlar yayılıb. Bəzi məlumatlarda şəhid sayının 9, bəzilərində isə 11 olduğu bildirilsə də Müdafiə Nazirliyi rəsmi açıqlama verməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar