Zaxarçenkonun arvadı “DXR”in yeni rəhbəri ola bilər

Natalya Zaxarçenko tanınmamış “Donetsk Xalq Respublikası”nın rəhbərliyinə namizədlərdən biri ola bilər.

Oxu.Az “Danışır Moskva” radiosuna istinadən xəbər verir ki, bunu tanınmamış respublikanın keçmiş rəhbəri Aleksandr Zaxarçenkonun müşaviri Aleksandr Kazakov deyib:“Natalya ciddi adamdır, əri ilə birgə boş yerə döyüşməyib”.

Tanınmamış respublikada seçkilərin nə vaxt keçiriləcəyi açıqlanmır.Qeyd edək ki, A. Zaxarçenko Donetskdə restoranların birində partlayış zamanı ölüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar