Tovuzdan Bakıya gələn 60 yaşlı kişi itkin düşüb

Tovuzdan Bakıya gələn kişi itkin düşüb.

Bu barədə Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə 1988-ci il təvəllüdlü Allahverdiyev Teymur Allahverdi oğlu müraciət edib. Bildirib ki, sentyabrın 1-də saat 10 radələrində Tovuz rayonunun Xatınlı kəndində onunla birgə yaşayan atası, 1958-ci il təvəllüdlü Allahverdiyev Allahverdi Qara oğlu yaşadığı evdən çıxaraq Bakı avtobusu ilə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsinə gəlib və oradan itkin düşüb.

T.Allahverdiyev bildirib ki, atasında yaddaş pozğunluğu var.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsində araşdırma aparılır. (Trend)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar