Müdafiə Nazirliyi bəyanat yaydı - Bu qan yerdə qalmayacaq

zakir hMüdafiə Nazirliyi cəbhədəki atışma ilə bağlı məlumat yayıb.

Məlumatda bildirlir ki, işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın ediblər.

Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrimizin bölmələri düşmənin bütün həmlələrini dəf etmiş, şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur ediliblər.

Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu həlak olub.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xətti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır və şəhid olmuş hərbi qulluqçularımızın qanı yerdə qalmayacaq.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Qeyd edək ki, avqustun 1-nə keçən gecə qoşunların təmas xəttində döyüşlər zamanı şəhid olan Azərbaycan hərbçilərindən 9 nəfərinin adı açıqlanıb. Hətta bəzi mənbələr bu rəqəmin 11 olduğunu bilidirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar