SABİQ NAZİR KÖMƏKÇİSİNİ ZAVOD DİREKTORU TƏYİN ETDİ - Daha bir zavod açır 

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev sahibi olduğu və Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Alco” Məhdud Məsuliyyətli Cəmiyyətinə direktor təyin edib. Unikal.org-un əldə etdiyi məlumata görə, F. Əliyev həmin müəssisəyə bir vaxtlar onun köməkçisi vəzifəsində çalışmış Elşad Abbasovu direktor təyin edib.

Sabiq nazirin yaxın qohumu olan Əlibala Əliyev isə direktor müavini olub.

Qeyd edək ki, "Alco” Məhdud Məsuliyyətli Cəmiyyətinə 29 iyul 2016-cı il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

Şirkət Sumqayıt Kimya Sənaye Parkının 2,5 ha torpaq sahəsində Almaniya texnologiyası əsasında ildə 30 min ton sürtkü yağlarını istehsal edəcəkdir.

Məlumata görə, F. Əliyev Sumqayıt Kimya Sənaye Parkı ərazisində daha bir müəssisə inşa etdirmək istəyir.

Qeyd edək ki, Fərhad Əliyevin özü isə İçərişəhərdəki ofisində əyləşir.

635x100

Şərhlər

antiAbu 2018-09-08 11:18:38

Fərhad Əliyev həmişə yerli istehsalın genişlənməsinin, büdcənin istehsaldan gələn gəlirlər hesabına formalaşmasının tərəfdarı olub. O. yalnız gömrük rüsumları hesabına büdcə formalaşdırmağın qəti əlehidarı olub. Mən hesab edirəm ki, onun həbs olunmasının əsas səbəbi bu olub. 1969-1982-ci illərdə Azərbaycan sənayesini milli lider Heydər Əliyev yaradıb. Yaradıb ki, xalqı çörək yesin. Gömrük rüsumları ilə büdcə formalaşdırmaq, şəxsi marağın xalqın güzəranından üstün tutulması deməkdir.

G.M 2018-09-08 11:18:38

Nəbadə....``Hamı yerli mal alsın,Xeyir Dövlətə qalsın`` şüarını dilinə gətirəsən..And olsun Aslan Şahverdiyevin müqəddəs ruhuna bu dəfə səni ``Narıncı`` qastukundan asarlar.Unutma ki,indi xoşqədəmin də axtarıb tapma səlahiyəti var.

Son yazılar