"BAŞIMIZI QATMIŞIQ, QARABAĞ ƏLDƏN GEDİB!" - "Çal-çağır, dingiş-dingiş oynamaq..."

"Quzey Azərbaycan da Güney Azərbaycanın günündədir"

Deputat Fazil Mustafa bir neçə gündür, sosial şəbəkələri cənginə almış "Səni deyirlər” aksiyasına münasibət bildirib.Millət vəkili BakuPost.az-a açıqlamasında bu aksiyanı dəstəkləmədiyini deyib.

Hətta Güney Azərbaycanda şeiri, çal-çağırı qadağan etməyin vacib olduğunu bildirib: "Mən bu aksiyanı bir o qədər də bəyənmirəm. Ümumiyyətlə, Güney Azərbaycanda şeiri, oynamağı qadağan eləmək, bir az azaltmaq lazımdır. Onları daha çox kitaba yönəltmək lazımdır. Oxusunlar. Müəyyən bir təhsil səviyyəsinə çatsınlar, haqlarını qoruyacaq gücə sahib olsunlar. 50-100 ildir, oynayıb oxuyuruq da, nə olsun ki... Quzey Azərbaycan da Güney Azərbaycanın günündədir. Ancaq çal-çağır, dingiş-dingiş oynamaq... Başımızı bununla qatmışıq, Qarabağ əldən gedib. Biz də oturub Qarabağ mahnısı oxuyuruq”.

Millət vəkili qeyd edib ki, rəqs də insanın kamilləşməsinə xidmət edən vasitədir, lakin düzgün istifadə edildikdə: "Dağıstan xalqlarına baxın, görün rəqsdən necə istifadə edirlər. Döyüş ruhunu qaldırmaq, müəyyən dərəcədə xarakter formalaşdırmaq üçün əla bir vasitəyə çeviriblər. Hər bir rəqsin özünün ayrıca mənası var. Bizdə rəqsin mənasını da tapmaq çətindir. Rəqsi sənət üçün öyrənmək lazımdır. Afaq Məlikova səviyyəsində, musiqini Rəşid Behbudov, Şövkət Ələkbərova səviyyəsində. Musiqini onların zirvəsinə ucaltmaq üçün öyrənmək lazımdır. Yoxsa bir manıs yetişdirmək üçün musiqini inkişaf etdirməyin mənası yoxdur ki... Alim Qasımov yetişdirməyəcəksənsə o musiqinin bir anlamı da qalmır. Bu baxımdan mən bu aksiyanı daha çox mütaliə aksiyası kimi görmək istəyirəm. Orda olanları oxumağa, dil öyrənməyə təşviq eləmək istiqamətində aksiya olsa, daha yaxşı olar”.

635x100

Şərhlər

Ağsaqqal 2018-09-08 14:05:40

Müəllim , Allaha min şükür ,yaxşı ki ,otuz ildən sonra olsa da bunu bilən tapıldı !...

Fazil bəyə 2018-09-08 14:05:40

Baş olmalıdır ki,o qatılmasın.Öz kamilliyini,düşüncəsi,istiqamətini itirməsin.Ölkədə başdaduranların başı rüşvətə,oğurlama,yeməyə, dağıtmaya, mənimsəməyə,xaricdə malikanə.obyekt sahibi olmağa qarışdığından nəinki Qarabağ,həttə digər işğalda olan rayonlar da yaddan çıarılıb. Ölkənin vacib problmləri faktiki olaraq Milli Məclisi,Nzirlər Kabinetini,pezident aparatını maraqlandırmır.Onlar ötəri problemlərlə öz işlərini bitmiş hesab edirlər.Qarabağ probleminin olduğu onları maraqlandırmadığı aşkardır.

murad 2018-09-08 14:05:40

HÖRMƏTLİ FAZİL DEYİRSEN QARABAĞ GEDİB MƏN RAZI.BƏS İNDİ GEDƏNLƏRDƏN NİYƏ DANIŞMIRSAN GÜNÜ GÜNDƏN NAXCIVAN BOŞALIR ORTA MƏKTƏBLƏRDƏ ŞAGİRD QITLIĞI YARANİR VƏ BƏZİ MƏKTƏBLƏRDƏ SİNİFLƏRDƏ UŞAQ ÇATIŞMIR AMMA SEÇKİLƏRDƏ 98.8% SƏS VERİB DEPUTAT SEÇİRİK.SERHƏD KƏNDLƏRİNDƏ SAKİNLƏR YOXDUR EVLƏR DARVAZALAR QIFILLANIB. 10 İLLERDİR HƏMİN SAKİNLƏRDƏN XƏBƏR YOXDUR.21 ƏSRDƏ YAŞAMAĞIMIZA BAXMAYARAQ HƏR İL AZƏRBAYCANDA 25-30 VƏ BƏZƏN DAHA ÇOX ANALAR DOĞUŞ ÜSTÜNDƏ DÜNYASİNİ DƏYİŞİRLƏR.MƏGƏR SİZ BUNLARI GÖRMÜRSÜNÜZ?

Frida 2018-09-08 14:05:40

Səni deyirlər ay Fazil müəllim.Danışmaq lazım olan yerdə həmişə susmusuz.Xalqın 137 ci dərəcəli əhəmiyyəti olan məsələlərdən danışıbsız.1 dərəcəli məsələlər haqda özünü senzura qoymusuz.Bəlkədə tonlarla kitab oxumusuz.Kimə nə.?Nə xeyri var?Ona görə ay Fazil müəllim səni deyillər

Azərbaycan vətəndaşı 2018-09-08 14:05:40

Məşhur bir deyim var.Əgər bir xalqı məhv etmək istəyirsənsə,onu xırda ticarətə və calıb-oynamağa öyrət.Bu gün biz ticarətlə və calıb-oynamaqla məşğuluq.O ki,qaldı qarabağın əldən getməyinə,bu məsələdə siz deputatlar da günahkarsan...Bir dəfə də olsun görməmişəm ki,bir neşə deputatı yığıb başına,Deyək ki,elə qarabağ məsələsi barədə təşəbbüslə tıxış edib müzakirəyə çıxarasınız.

TEQAUDCU 2018-09-08 14:05:40

Fazil muellimin dediklerinde heqiqet coxdur Beli biz bu gun ’LACINIM ’MAHNISINI TOYJARDA WALOXO VURUB OYNAMAMALIYIQ QEMMLI QEMLI QULAQ ASMALIYIQ KI GENC NESIL BUNDAN IBRET GOTURSUN

ayrim 2018-09-08 14:05:40

fazil eke sen be turkiyəyə gedəndə, hansi bayaxi turk mahnisina oynadixin yadindamidirmi?

samirazad 2018-09-08 14:05:40

fazil bej indi jadiniza dywyb ....

OXUCU 2018-09-08 14:05:40

.....GAH QARABAĞ ,GAH DA LAÇINIM MAHNISI İLƏ ELƏ OYNAYƏRLAR Kİ,ELƏ BİL QARABAĞI ,LAÇINI QAYTARMIŞIQ. VALLAH ADAM HƏRDƏN XƏCALƏT ÇƏKİR.MUSİQİ BİZİM MƏNƏVİ QİDAMIZDIR.BUNA SÖZ YOX,ANCAQ HƏR ŞEYİN YERİ VAR. BİR ŞUŞALI ALİMİN QARABAĞLILARA MÜRACİƏTİNİ HEÇ UNUTMURAM. DEYİRDİ Kİ,ƏZİZ QARABAĞLILAR BİR AZ DA SİYASƏTLƏ MARAQLANIN,MƏNƏVİ DƏYƏRLƏRİMİZ GEDİB İNDİ BİZƏ ÇALIB OYNAMAQ YARAŞMAZ. DƏRDİ OLAN İNSANLAR DA BU QƏDƏR ÇALIB OYNAMAZ.QARABAĞ BİZİM YARALI YERİMİZDİR

Müəllim 2018-09-08 14:05:40

Doğrudur,məmurların başı rüşvətə,monpoliyaya,mənimsəmələrə,korrupsiyatya, qohumbazlığa o qədər qatılıb ki,nəinki Qarabağ,yazıq Azərbaycan əhalisinin həyatı unudulub.Maaş,müavinət,pensiyaları dondurub ərzaq, xidmət,nəqliyyat,tibbi xidmət.dərman xərclərini hər gün artırmaqla milləti nə günə saldığınızı belə görmək,düşünmək iqtidarında qalmamısınız.Məmurların başı o qədər belə qeyri-qanini işlərə qarışıb ki, hətta illər belə yaddən çıxıb.....

Azərbaycan vətəndaşı 2018-09-08 14:05:40

Bir gözəl məsəl var.Deyirlər ki,bir xalqı məhv etmək istəyirsənsə onu ticarətə və çalıb-oynamağa öytət.Bizi bu gün çalıb-oynamaqla və ticarətlə məşğuluq.Qarabağ yaddan çıxıb ......Nə vaxt siz deputatlar bir yerə yığılıb Qarabağ və digər məsələlər barədə təşəbbüslə çıxış edəcəksiniz.

EWDER 2018-09-08 14:05:40

EWWI,LAZIM GELER,IWLER DUZELER.COCUQ MERCANLI BIZIMDIR,KEYF ELEYIN,QARABAQ HEC KIME ,LAZIMADA LAZIM DEYIL KI,...GELMIR.ESAS INKIWAFDU,NAQILDU,VIR CATLASINDU,OZUMUZU DUNYAYA TANITMAQDU

Sual 2018-09-08 14:05:40

miletin seni kimi rauf arifin oxlu tahir kerimli arif qenimet musa yale feremez ve sair sairleri olursa miletin gunu bu ya....

Bəhram Qarabağlı 2018-09-08 14:05:40

Məncə, adi "SİУASƏТÇİ"lərimiz belə çıxışlarla digər olkələrə "ƏRİŞТƏ dogramaq"da dünуada 1-cidən də "prioriтeт" məşhur 0-ıncı уeri тuтmaqdadırlar! Qarabag siуasəтi isə sanki, onlara heç aid deуilmiş? Namizədlərin уekdil qərarından 100 sınaq günü deуil 5 aу keçir. Bu günə qədər də qərarın bəуan edilməməsi səbəbi ilə seçicilər qarşısında heç bir namizədin məsuliууəтli izahı da səslənməуib?

Müfəttiş 2018-09-08 14:05:40

Bu millət nə vaxt ayılıb dərdlərinə əlac axtaracaq məlum deyil. Bizi ac saxlasınlar, adam yerinə qoymasınlar eybi yoxdur. Ancaq oxumaqdan, oynamaqdan məhrum etməsinlər. Bizim tərifimizi 100 il bundan əvvəl böyük Sabir dəqiqliklə verib. Zülmətsevər insanlarıq üç-beş yaşımızdan...

Fazil bəyə 2018-09-08 14:05:40

Fazil bəy, bəs 125 deputat,bu qədər partiyalar,yalançı müxalifət, nazirliklər,komitələr,o boyda Prezident aparatı, niyə bunları hiss etməyib,düşünməyib,əməlli iş görməyib? Belə hal çox ehtimal ki, bəzilərinə sərf etdiyindən,bəzilərinin ölkənin var-dövlətini dağıtmaq,mənimsəmək acgözlüyü,,bəzilərinin millətdən rüşvət yığmaqdan başqa düşncələri olmadığı üzündən, radio-televiziya da buna uyğun göstərişlər verilmiş,milləti əsas problemdən yayındırmaq tapşırılmışdır. Bunun başqa sübutu yoxdur.....

t.ədalət 2018-09-08 14:05:40

Biz Rusiyaya yaxınlaşdıqca Dağlıq Qarabağ bizdən uzaqlaşır.Çünki onu işğal edən,ermənistana verən və işğal olunmuş ərazilərdə indiyədək qoşun saxlayan rusiyadır.

Zaur 2018-09-08 14:05:40

Həmin mahnıda ifaçı deyir ki, «Urmu gölünü qurutdular». Bəs bu mahnıya niyə oynayırlar?

Son yazılar