"FAZİL MƏMMƏDOV TÜRKİYƏDƏDİR, ORADA..." - Qudasından açıqlama

Azərbaycan Güləş Federasiyasında heç bir maliyyə problemi yoxdur. Bunu virtualaz.org-a açıqlamasında bu gün milli komandanın məşqinə baş çəkmiş Federasiya prezidentinin vəzifələrini icra edən Namiq Əliyev deyib.

N.Əliyev bir neçə aylıq fasilədən sonra bu ilin mayında Federasiyaya, birinci vitse-prezident postuna qayıtdı. Ancaq sonra Federasiyanın prezidenti Fazil Məmmədov səhhətindəki ciddi problemlərlə əlaqədar Türkiyəyə müalicəyə getdi və N. Əliyev prezident vəzifələrini icra etməyə başladı.

"Bəli, mən bir müddət Azərbaycan Güləş Federasiyasını tərk etdim, amma bu o demək deyil ki, mən güləşi izləməyi dayandırdım. Mən Ümumdünya Güləş Birliyinin (UWW) üzvü kimi qalmaqda davam edirdim və hadisələrin mərkəzində idim", - deyə Namik Əliyev vurğulayıb.

Fazil Məmmədovun sağlamlıq durumu haqda suala cavab verərkən Namik Əliyev qeyd edib ki, sabiq vergilər nazirinin səhhəti yaxşılaşmağa doğru gedir.

"O, əvvəlki kimi Türkiyədədir və müalicəsini orada davam etdirir", - N.Əliyev əlavə edib.

...Son illər biz bir neçə dəfə Güləş Federasiyasında maliyyə problemlərinin olduğu barədə eşitmişdik. İş hətta Azərbaycan yığması pəhləvanlarının iştirakıı ilə etiraz aksiyasına qədər gəlib çatmışdı. İndi isə, Namik Əliyevin sözlərinə görə, vəziyyət normallaşıb: "Bizdə heç bir maliyyə problemi yoxdur. Hər şey qaydasındadır. Komandanın hazırlığı, təlim-məşqlər… Hər şey plan üzrə gedir. Bizə hətta, birgə məşq prosesində iştirak etmək üçün xarici komandalar gəlir...”.

Onu da qeyd edək ki, sabiq vergilər naziri Fazil Məmmədovun  müavini işləmiş Namiq Əliyev həm də onun qudasıdır. "AzPolitika.info" xatırladır ki, ötən il avqustun 11-də vergilər naziri Fazil Məmmədovun qızı Selcanxatunla Namiq Əliyevin oğlu Əbdül ailə həyatı qurub. Bu haqda saytımızda məlumat verilib. 

Məlumatda o da qeyd edilirdi ki, Namiq Əliyevin oğlu əsasən Londonda yaşayır və orada bizneslə məşğul olur.

Fazil Məmmədovun qızının isə nazirin ailə holdinqi kimi tanınan “Synergy Group” Şirkətlər Qrupuna rəhbərlik etdiyi qeyd edilir. Yeri gəlmişkən qeyd edək ki, “Synergy Group”un rəsmi veb səhifəsində Şirkətlər Qrupunun icraçı direktoru haqda məlumat verilsə də, baş direktoru və rəhbərlikdəki digər şəxslərlə bağlı hər hansı məlumata rast gəlmək mümkün deyil.

Qeyd edək ki, Namiq Əliyev həm də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla qudadır. Nəcməddin Sadıkov isə, məlum olduğu kimi, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bibisi oglu Elçin Muradovla qudadır. 

RASİM

AzPolitika.info

635x100

Şərhlər

EWDER 2018-09-08 15:15:05

YAWASIN QUDALAR ,URA ...BURADA BIR TUW,...BIR GUW...MILLETE ...

G.M 2018-09-08 15:15:05

Düşdü haldan -hala getdi..Fazil mallım işindən getdi.. Abit Şərifov kimi dal- dala getdi..dillərində Alabala getdi.Dallarıycan Hacıbala getdi.

Sahibkar 2018-09-08 15:15:05

Bəs Fazil Məmmədovun oğurladığı iki milyard yarım necə oldu? Büdcəyə qaytarıldı və oğurlama əməli üçün cinayət işi açıldımı? Bu maraq doğurur.

kasıb 2018-09-08 15:15:05

Qohum qudalar .....Yazıq Azərbaycan xalqı.....Görün necə və kimlərin əhatəsində qalmısınız.

Son yazılar