Paşinyan Azərbaycanı hədələyib 

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya səfəri və Vladimir Putinlə danışıqları ərəfəsində səs-küylü siyasi bəyanatla çıxış edib. Virtualaz.org bildirir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

"Ermənistan respublikası və erməni xalqı güclü əks-zərbə vurmağa hazır olmalıdır və heç kim Qarabağ münaqişəsinin nizama salınması məsələsində bizimlə təhdid, məcburetmə və güc dilində danışa bilməz", - deyə o, "Zinuj" proqramına eksklüziv müsahibəsində bildirib.

Nikol Paşinyan müsahibəsində Ermənistan silahlı qüvvələrinin döyüş bacarığı və maddi-texniki təminatı, Qarabağ münaqişəsinin nizama salınmasının mexanizm və imkanları, Ermənistan-Rusiya münasibətləri və KTMT-nın fəaliyyəti məsələlərinə toxunub.

Xatırladaq ki, bu gün Ermənistanın baş naziri rəsmi səfərlə Rusiyaya yola düşür. Orada onun Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə danışıqları planlaşdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar