POLİS MİTİNQDƏN ÇIXANLARA HÜCUM EDİB- Qarşıdurma yaranıb- FOTOLAR- VİDEO

Prezidentliyə Milli Şura tərəfindən namizəd göstərilmiş professor Cəmil Həsənlinin və onun komandasının Bakıdakı bu gün keçirdiyi mitinq gözlənildiyindən də möhtəşəm baş tutub.  Yerli jurnalistlər, o cümlədən də mitinq meydanından yayın yapan BBC bildirilər ki, etiraz aksiyasında insanların sayı bundan əvvəlkilərdən xeyli çox olub. BBC bildirib ki, ilk dəfədir ki, Azərbaycan xalqı meydanı doldurub.

Görünür bu, hakimiyyəti özündən çıxarıb, mitinqə gələnlərə divan tutmaq niyyətinə düşüb. Aksiya insidentsiz başa çatsa da, mitinqdən sonra qarşıdiurma yaranıb.İnsanlar meydanı tərk edən zaman şüar səsləndirən bir qrupa mülkü geyimlilər hücum edib. Bunu əsas götürən polislər dərhal hərəkətə keçiblər. İnsanları, o cümlədən də jurnalistləri vurublar. Mitinqdən gedən etirazşıları zorla polis maşınlarına basıb, aparıblar.

Bu da vətəndaşların narazılığına, etirazlarına səbəb olub.Bunu bəhane edərək polislərə vətəndaşların üzərinə hücum çəkmək əmri verilib. Bu isə gərginliyi daha da artırıb.

-----

Musavat.com əməkdaşı bildirir ki, jurnalistlərdən biri xəsarət alıb. Emin Mehin adlanan jurnalist musavat.com-a deyib ki, ona polis dəyənəyi dəyib.

Həbs olunanlar da var. Türkel adlı gənc fəal və daha 5 nəfər saxlanaraq, polis bölməsinə aparılıb.

Mövzunu davam etdirəcəyik.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar