Rusiya Federasiya Şurasının üzvü Krımda boğuldu

Rusiya Federasiya Şurasının üzvü Vladimir Kulakov Krım yarımadasının Aluşta şəhərində baş verən bədbəxt hadisıə nəticəsində həlak olub.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, senator Qara dənizin Aluşta çimərliyində üzən zaman yaxınlıqdan keçən katerlə toqquşub. Rusiya İstintaq Iradəsinin məlumatına görə bundan sonra aparılan xilasetmə işləri zamanı Kulakovun cəsədi batmış halda dənizdə aşkar olunub.

Hazırda hadisəni törədən kater sürücüsünün axtarışı aparılır. Xatırladaq ki, 2000-ci ildə Maqadan vilayətindən Federasiya Şurasının üzvü seçilən Vladimir Kulakov ehtiyatda olan general-polkovnik idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar