Rusiya Xəzər dənizi üçün yeni hərbi ekranoplan hazırlayır

Rusiyada yeni hərbi ekranoplan üzərində iş aparılır.

Bunu RİA Novosti-yə Rusiyanın sənaye və ticarət naziri Denis Manturov deyib.

O qeyd edib ki, sözügedən ekranoplanın fərqli xüsusiyyətlərindən biri onun raket silahı ilə təchizatı olacaq.

Nazir əlavə edib ki, yeni ekranoplan radarlar üçün görünməz olacaq.

Sözügedən ekranoplandan Şimal dənizində, habelə Qara və Xəzər dənizlərində istifadə olunacağı planlaşdırılır.

Ekranoplan yüksək sürətlə hərəkət edən amfibiya nəqliyyat vasitəsidir. Onun üzərində işlərin 2027-ci ildə yekunlaşacağı gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar