Suriyada yaşayış məntəqəsi atəşə tutulub, ölənlər və yaralananlar var

Suriyanın Mahard yaşayış məntəqəsi "Heyət Təhrir əş-Şam" ("Cəbhət ən-Nüsrə"-red) terrorçu qruplaşması tərəfindən atəşə tutulub.

"Report" xarici mətbuata istinadla xəbər verir ki, atəş nəticəsində 9 dinc sakin həlak olub, 30-dan çox insan yaralanıb.

Suriyada Düşmənçilik edən Tərəflərin Barışması üzrə Mərkəzin rusiyalı rəhbəri, general-leytenant Vladimir Savçenko bildirib ki, yaşayış məntəqəsinə 10 mərmi atılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar