İqtidar müxalifətin mitinq meydanını yenidən qurur

Bakı şəhəri, Səbayel rayonunda 20-ci sahədə yerləşən 6 saylı sürücülük məktəbinin meydançası yenidən qurulur.

Bu barədə APA-ya məktəbdən məlumat verilib. Jurnalistlərin binasının qarşısında yerləşən meydançada artıq inşaat işlərinə başlanıb. Yeni plana əsasən, meydançanın ərazisi kiçildiləcək, orada müxtəlif əməliyyatları yerinə yetirmək üçün maneələr qurulacaq.

Müasir təlim sistemləri ilə təchiz olunacaq məktəbdə ordu üçün hərbi sürücülərin hazırlanması da həyata keçiriləcək. Meydançanın bir hissəsində isə yaşıllıq sahəsi salınacaq.

Meydançanın kiçildilməsinə səbəb ərazidən yaxınlıqdakı evlərə yeni yolun çəkilməsidir. Qeyd edək ki, 6 saylı sürücülük məktəbinin həyətindəki meydan kütləvi tədbirlərin, aksiyaların keçirilməsi üçün BŞİH tərəfindən rəsmi qaydada ayrılan yerlər sırasındadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar