Erməni polkovnik xalqı küçələrə səslədi - "Oğurlanmış pullar geri qaytarılmalıdır"

"Bütün cinayətləri ört-basdır edən prokuror hələ də yerindədir. Niyə bunlar dəyişmir? Elə proseslər var ki, tezləşdirilməlidir. 20 il səbr etmişik, yenə də səbr etməliyik?".

Ordu.az erməni KİV-lərinə istinadla xəbər verir ki, bunu “Ləyaqətli könüllü döyüşçü” ictimai təkilatının sədri, ehtiyatda olan polkovnik Volodya Avetisyan bildirib.

Paşinyan hakimiyyətinin heç nəyi dəyişmədiyini bildirən Avedisyan, Ermənistanda çoxsaylı problemlərin mövcud olduğunu qeyd edib və hər kəsi etiraz aksiyasına səsləyib.

"Belə ola bilməz, bu anlaşılmazlıqdır. Yeni baş nazir, yeni hökumət ancaq heç bir dəyişiklik yoxdur. Aşağı vəzifələrdəkilərin böyük əksəriyyəti Sakisyanın, Köçəryanın adamları olaraq qalmaqdadır. Bizim məqsədimiz Ermənistanda mövcud problemləri gündəmə gətirməkdir. Bu gün hökümət binası qarşısında bir neçə qrup, təqaüddə olan zabitlər, Nairit zavodunun əməkdaşları, bağça uşaqları, pilotlar və sairə aksiya keçirirdi. Bütün bu problemlər həll edilməmiş qalıb. Əsas maliyyə problemidir, onu da Sarkisyan-Köçəryan hökuməti talayıb qurtarıb. Qoy Sakisyan-Köçəryan hökumətindən taladıqları pulları geri tələb edib, bu problemləri həll etsinlər.

Biz təklif etmişik ki, bütün hamı bu etiraz aksiyasında iştirak etsin. Qarşıda şəhər rəhbərinin seçkiləri yaxınlaşır, biz səsləri saymalı olan MSK sədri Mukuçyana inanmırıq. Mukuçyan Serj Sarkisyan dövründən qalıb və hamımız seçki saxtakarlığının şahidi olmuşuq. O, cinayət törədib və bu vəzifədə qalaraq, yeni seçkilərə rəhbərlik edə bilməz", - deyə o bildirib.

Avetisyan bazarda qiymətlərin qalxmasından, əmək haqqının az olmasından da şikayətlənib: "Oğurlanmış pullar geri qaytarılmalı və oğrular qanun qarşısına çıxarılmalıdır. Biz daha kəskin addımlar atılmasını tələb edirik. Təkrar edirəm həmişə seçkiləri saxtalaşdıran Mukuçyan, niyə hələ də orada işləməlidir. Bütün cinayətləri ört-basdır edən prokuror hələ də yerindədir. Niyə bunlar dəyişmir? Elə proseslər var ki, tezləşdirilməlidir. 20 il səbr etmişik, yenə də səbr etməliyik? Oğurlanmış pulları geri qaytarsalar bir neçə ay ərzində çox iş görmək olar. Problemlər olmasaydı, millət küçələrə çıxmazdı".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar