Çexiyada təyyarə qəzaya uğrayıb, ölən var

Çexiyada təyyarə qəzası baş verib."Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimalında, Tepliça şəhəri yaxınlığında qeydə alınıb.

Yüngülmühərrikli idman təyyarəsinin yerə çırpılaraq yanması nəticəsində 1 nəfər ölüb. Şahidlərin sözlərinə görə, enmədən əvvəl manevr edən təyyarəçi küləyin əks təsirini düzgün hesablaya bilməyib.

Hadisənin səbəbini aviasiya ekspertlərindən və polis təhqiqatçılarından ibarət komissiya araşdırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar