Biləsuvarda 15 yaşlı gənci avtomobil vurub

Biləsuvarda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib."Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Ağalıkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobil kənd sakini, 2003-ci il təvəllüdlü Nəsirzadə Ehtiram Qahir oğlunu vurub. Yaralı sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilərək, reanimasiya şöbəsinə yerləşdirilib.

E.Nəsirzadənin vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar