"QARABAĞ ERMƏNİSTANIN TƏRKİB HİSSƏSİDİR..." - Paşinyan yenə sərsəmlədi!

Ermənistan baş naziri Nikol Paşinyan Moskvaya dünənki səfəri zamanı Rusiyadakı bir qrup erməni biznesmenləri ilə görüşüb. Virtualaz.org erməni KİV-lərinə istinadla xəbər verir ki, Paşinyan bu görüşdə Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə “heç bir problemin olmadığını”deyib və erməni oliqarxları Ermənistana yatırım qoymağa çağırıb.

Habelə o görüşdə Dağlıq Qarabağ münaqişəsinə dair avantürist bəyanatla çıxış edib.

Paşinyanın sözlərinə görə, “Dağlıq Qarabağ respublikası gələcəkdə erməni ərazilərinin tamhüquqlu tərkib hissəsi olmalıdır”. 

"Mənim təsəvvürümdə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir" - o deyib.

O deyib ki, Ermənistan Dağlıq Qarabağın ərazicə kimə mənsub olması ilə bağlı Azərbaycanla mübahisədə heç bir güzəştə getməyə hazır olmayacaq. Paşinyana görə bu kontekstdə hansısa güzəşt “zəiflik” kimi qiymətləndiriləcək və Qarabağın ərazi mənsubiyyəti barədə erməni tərəfinin mövqeyi dəyişməzdir.

Bu, Paşinyanın hakimiyyətə gələndən sonra Qarabağa dair nümayiş etdirdiyi növbəti və daha sərt avantüradıır. Əvvəlcə o, Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmayacağını və qondarma “dqr”in danışıqlarda tərəf kimi iştirak etməli olduğunu bildirmişdi.

Moskvaya yola düşməzdən əvvəl isə Paşinyan “Ermənistanın  və bütün erməni xalqının” Azərbaycana əks-zərbə vurmağa hazır olduğunu deyib. 

Qeyd edək ki, rəsmi Bakı Paşinyanın Qarabağa dair populist və avantürist açıqlamalarına əsasən reaksiya vermir və Ermənistanın yeni rəhbərliyinin əvvəlki hakimiyyətlərin yolu ilə getməyəcəyinə ümid edir. Lakin belə görünür ki, erməni inqilabının liderinin nəinki Qarabağ məsələsində nəinki hansısa konstruktivlik nümayiş etdirmək niyyəti yoxdur, eləcə də o ümumiyyətlə danışıqlar aparmaqda maraqlı deyil.

Ermənistanın keçmiş rəhbərliyi Dağlıq Qarabağın Ermənistana birləşdirilməli olduğu haqda heç vaxt bu cür bəyanat səsləndirmirdi və əsasən Dağlıq Qarabağın “öz müqəddəratını təyin etməsi hüququ” barədə danışırdı. Paşinyan isə daha da irəli gedərək Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olacağı barədə danışır.

635x100

Şərhlər

2018-09-09 10:55:47

Ermənisтan 14.06.1988 тarixli fərmanı ilə və 366cı moтoqırıcı hərbi dviziуa Daglıq Qarabag və əтraf raуonların işgalına gorə, sonrakı rəhbərləri və hərbi işgalı saxlaanların hamısını Azərbaуcan Dovləтi və büтün qaçqın-raуonların icmaları (BMТ ТŞ, Aİ və İnтerpolun dəsтəуi ilə daha axşı) xüsusi Beуnəlxalq Hərbi Тribunala verməlidirlər!!! Əks halda, bircə Baş Nazir N.V.Paşin deуil, büтün Siуasi Dünуa Aləmi açıq-aşkar Azərbaуcan Hakimiууəтinin Qarabag ərazisinin işgalı ilə barışdıgını hiss edir?

DAVUD 2018-09-09 10:55:47

it yiyəsinin yanında hürər.ikinizdə citroen.

Qarabag QOVGUNU 2018-09-09 10:55:47

т.ədaləтli və VƏТƏNDAŞ, 25 ildə Siуasi Dünуa Aləminə Qarabagın vəhşi-hərbi işgalçısı və orтaqlarına qarşı Azərbaуcanın rəsmən kəskin BƏУANAТI səslənməуib ki, Suriуa kimi dəsтəkləsinlər? Səslənənlər bəуanaт deуil, aтa mülkündən qovulmuşları azdırmaga уonəlmiş popul-şüarlardır. Sizсə 1-ermənicə, XİNazirliуində, PAda, Ali Məhkəmədə, MNdə və уa Sərhəd qoşunları ilə VƏТƏNPƏRVƏRLİK işi aparılmalıdır? Onların And içdikləri Azərbaуcan Konsтiтusiуasında vəzifələri aуdın уazılıb. Məsuliууəт hesabı isə qalır?

Bəhram Qarabağlı 2018-09-09 10:55:47

Dəqiq bəуan edib ki, hərbi işgala "məglubdan" heç bir problem уoxdur! Azərbaуcan gecikmədən Ermənisтanın Avropa İттifaqı ilə sazişinə (Arтsaxla qeуdinə gorə) Avropa İnsan Hüquqları Məhkəməsində iddia qaldırmalıdır. Nikola Vovaeviç də (oz тəsəvvüründə) Daglıq Qarabagı Ermənisтanın тərkib hissəsi hesab ediуinə gorə Məhkəməə verilməlidir. Hər iki hüquqi isтinтaq işlərinə BMТ, onun ТŞ, habelə qonşu Gürcüsтan və İranın da ərazi-тanıma araуışlarının тəqdimaтı gərəkli olar?

Arif 2018-09-09 10:55:47

Dovlet Budcesinden CHOX BOYUK MEBLEQLERDE-milyardlarla dollara, Rusiyadan aldiqimiz silahlar, UZUN MUDDET - 25 ilden chox, AMBARLARDA, NIYE SAXLANILIR ve NIYE, Daqliq Qarabaqi ve etraf 7 rayonlari ermeni-rus ishqalindan AZAD ETMEK UCHUN, ORDUYA EMR VERİLMIR? NIYE, VAXT ITIRIRSINIZ NETICESIZ SOZ-SOHBETLERE, NIYE, dushmenlere UMID BESLEYIRSINIZ, NE VAXT, XALQIN TELEBINI ESHIDECEKSINIZ ????????

G.M 2018-09-09 10:55:47

....Ermənilər SSRİ -nin dağılmasını bundan ötrü istəyirdi..bəs biz.Bizlər beləə şeyləri anlamarıq...Bir-birimizə torba tikək.Və bu gün paşeniyan həyasızcasına Qarabağı ermənistanın tərkib hissəsi adlandırsın.Biz isə hələ də gözləyirik .....

Abit 2018-09-09 10:55:47

..... ты,знаеш собака когда хавкает,кагда хозяен рядом.

t.ədalət 2018-09-09 10:55:47

Görmürsünüzmü Paşinyan Putinlə görüşdən sonra belə sərsəm fikir söylədi?Gəlin,özümüzü səfeh yerinə qoymayaq.Dağlıq Qarabağı işğal edən və bu günə kimi problemi uzadan bizim sevgili Rusiyadır.Hələ bir Rusiya ilə əlaqələrimizi inkişaf etdirməklə fəxr edirik.erməniləri cüdoya dəvət edirik.Rusiya bizdən götürdüyü gəlirlərdən ermənistana pay ayırır və işğal altındakı ərazilərdə yerləşdirilən düşmən hərbiçilərə hər cür qayğı göstərir.Rusiya heç dəyişməyib.İki yüz il əvvəl bizimlə necə düşmən idisə elə də qalıb.

Haqqı deyən 2018-09-09 10:55:47

Rəhmətlik Sabir demişkən: "Kim nə deyir bizdə olan qeyrətə, Qeyrətimiz bəllidir hər millətə". Bizim xalq hələ yuxu bişirir. Yalandan gopa basırıq ki, nə bilim belə silahımız var, belə raketimiz var. Soruşan gərək vuruşmaq necə istəyirsinizmi?

Vətəndaş 2018-09-09 10:55:47

Burada təəcüb doğuracaq nə var? 25 ildən artıqdır boş nəticəsiz bəyanat verməklə yerimizdən tərpənmirik. ERmənilər hətta Laçın,Kəlbcərsdə və digər işğal etdikləri rayonlarda da tikinti quruculuq işləri aprırlar.Biz nə edirik? Rüşvət yığırıq, özəlləşdiririk, büdcə dağıdırıq,xaricdə malikanələr,obyektlər yaradırq,ölkənin varidatını soyub talayırıq.Talançılara isə gözün üstə qaşın var deyən yoxdur.Sadə insanlara güzəran yaratmııq.Bəs necə olmalıdı ki?...

BAKILI 2018-09-09 10:55:47

Men inanmiram ki bu millet ne vaxysa ayilacaq....

t.ədalət 2018-09-09 10:55:47

Nazirlərimiz fərari,məmurların övladları cəbhə xəttində xidmət etmir,Vətənin müdafiəsində əlil olanların özü və uşaqları ölkədə işlə təmin edilmir.Belə olan halda,biz DQ-ni işğaldan necə azad edə bilərik?Heç bir vətənpərvərlik işi aparılmır.Qarabağda zədə alan əlil zabitlər müd.nazirliyinin hospitalında müalicə edilmir,onlardan 20 illik staj tələb edilir.Rus ordusundan gələnlərə isə belə baryer tətbiq olunmur.Bu da orduda döyüş ruhunu heçə endirir..

patriot 2018-09-09 10:55:47

...azərilər dollar evro yiqir

Son yazılar