Azərbaycan XİN Paşinyanın sərsəm bəyanatı barədə

Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlamasını şərh edərək XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

“Ermənistanın baş nazirinin Moskvada Azərbaycanın Dağlıq Qarabağbölgəsini öz təsəvvüründə Ermənistanın bir hissəsi hesab edir deyə açıqlaması beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə zərbədir. Bununla, Baş nazir səviyyəsində Ermənistanın əsl niyyətinin münaqişənin danışıqlar yolu ilə həll edilməsi deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirmək olduğu nümayiş etdirilir. Ermənistan rəhbərliyi qəsdən və ya bilməyərəkdən vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi açıqlamanı ATƏT-in Misnk Qrupunun həmsədr ölkələrindən birinin paytaxtında və həmsədrlərin vasitəçiliyi ilə nazirlər səviyyəsində Nyu-Yorkda keçirilməsi planlaşdırılan görüş ərəfəsində edir. Həmçinin, bu açıqlama ATƏT-in Baş katibinin gələn həftə Azərbaycana planlaşdırılan səfəri ərəfəsinə təsadüf edir.

Yaxın zamanda Ermənistan rəhbərliyinin münaqişənin substantiv danışıqlar yolu ilə həllində, regionda davamlı sülhün və sabitliyin təmin olunmasında, yoxsa son iki onillik ərzində Ermənistan rəhbərliyində olan səhra komandirlərinin müharibə siyasətini davam etdirməkdə maraqlı olduğu bəlli olacaq.

Bir daha vurğulamaq istərdik ki, bu kimi açıqlamalarla vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistan və onun rəhbərliyinin üzərinə düşür”.

635x100

Şərhlər

XİN-ə 2018-09-09 11:05:34

Bəyanat nə qədər olar.Atalar deyib ki,"HOHA" ilə donuz darıdan çıxmaz! Bunu anlamaq və əməli işə keçmə,Rusiya ilə İrəvanla konkret danışıqlra gedib məsələni bitirmək vacibdir.Bəyanatlarla 25 ildir Qarabağdan başqa görün daha neçə rayonlarımızı itirmişik.BUnu düşünmək və konkret addımlar atmağın zamanı keçir.Zaman uzndıqca ermənilərin iştahası artır,xaricdə isə bu vəziyyətlə barışırdığımızı düşünürlər.Bunu anlamaq lazımdır.

t.ədalət 2018-09-09 11:05:34

Azərbaycan əleyhinə nə varsa,onu Putin Paşinyanın qulağına pıçıldayır.Həqiqət gizlədildikcə zaman DQ-ni bizdən aralayır.Yalançı bəyanatlar və notalar yetər!

Mirzə AĞ 2018-09-09 11:05:34

Cavan oğlan, söylədiklərini Paşinyana "başa salmaq" lazımdır - özü də "yerə yıxıb" başa salmaq!!! Yoxsa ki, öz ağzını yorub da milləti əsəbləşdirmək nəyə gərəkdir?!

patriot 2018-09-09 11:05:34

Hər dəfə bəyanatla kifayətlənir MOLODES!!!!!

Son yazılar