Etibar Məmmədov "Qisas əməliyyatı"na çağırdı

“Bu, Azərbaycan xalqı üçün olduqca böyük bir itkidir. Müharibə dövründən bu yana bu qədər itki verilməsi birinci dəfədir. Şəhidlərin ailələrinə başsağlığı verdim. Onlar deyirlər ki, “Vətən sağ olsun!””

Bu sözləri ANS PRESS-ə açıqlamasınada Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov deyib. O bildirib ki, belə itkilərin olmaması üçün hərbi hazırlıq kifayət qədər yüksək səviyyədə saxlanılmalıdır.

E. Məmmədovun fikrincə, qısa bir zamanda qisas əməliyyatı həyata keçirtmək lazımdır: "Birinci növbədə müdafiə istiqamətində kəşfiyyat yaxşı işləməlidir. Görünür ki, bu gün hanısısa yanlışlıq olub. Bunun səbəbi araşdırılana qədər sabitlik yaratmaq lazımdır. Düşmən hər bir itki qarşısında böyük itki verəcəyini bilməlidir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar