Volkan "Fənərbağça"dan ayrılır?

“Fənərbağça” qapıçısı Volkan Dəmirəllə yollarını ayırmaq qərarına gəlib.

Qol.az-ın “Fanatik”ə istinadla yaydığı xəbərə görə, “Bursaspor”dan Harun Təkini transfer edən İstanbul klubu gənc qapıçıya güvənməyi planlaşdırır.

Superliqanın son turunda qapını H.Təkinin qoruması da Volkanın əsas heyətdə yerini itirməsi iddiasını artırıb. 37 yaşlı qolkiperin 16 illik “Fənərbağça” karyerasını bitirməyə hazırlaşdığı bildirilir. Türkiyə mətbuatı Volkana ABŞ-dan 2 klubun təklif göndərdiyini yazıb. Təcrübəli qapıçının qışda Amerikaya transfer olunacağı gözlənilir.

Qeyd edək ki, 2002-ci ildən “Fənərbağça”da çıxış edən Volkan, 5 dəfə çempionluq yaşayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar