Gəncədə yaşayış evində yanğın baş verib

Gəncədə yanğın hadisəsi qeydə alınıb.

FHN-dən verilən məlumata görə, şəhərin Nizami rayonunda ümumi sahəsi 170 m² olan ikimərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 7 m² sahədə və evə bitişik ümumi sahəsi 80 m² olan talvarın yanar konstruksiyaları 9 m² sahədə yanıb.

Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar