Azərbaycan məşhur brend avtomobilləri istehsal edəcək - QİYMƏTLƏR

Azərbaycan-İran avtomobil zavodu "Xəzər” gələn ildən Rusiya və digər ölkələrə avtomobil ixracına başlamağı planlaşdırır.

Bu barədə Trend-ə zavodun sahiblərindən biri olan "AzərMaş” şirkətinindən bildiriblər.

Şirkətdə qeyd ediblər ki, hal-hazırda bu ölkələrin bazarlarına avtomobil tədarükü üzrə fəal danışıqlar aparılır: "Ümumilikdə, istehsal olunan avtomobillərin 20 faizini xarici bazarlara tədarük etmək planlaşdırılır. Hal-hazırda zavodda "Khazar LD” və "Khazar SD” modelləri istehsal olunur”.

Həmçinin bildirilib ki, yaxın perspektivdə qiyməti 18-21 min manat olacaq "Renault” və Peugeot” brendləri altında avtomobil istehsalının təşkil olunması planlaşdırılır: "Zavodda bu gün istehsal olunan avtomobillərin dəyəri 14-16 min manatdır”.

Xatırladaq ki, 6 avqust 2016-cı il tarixində İranın "Iran Khodro" və Azərbaycanın "Azeurocar" şirkəti Neftçala sənaye zonasında birgə zavodun yaradılması barədə saziş imzalayıblar. Layihənin ümumi dəyəri 24 milyon manat qiymətləndirilir. Yatırımların 75 faizini Azərbaycan tərəfi, 25 faizini isə İran təmin edəcək. Zavodun illik istehsal gücü gələcəkdə 10 min avtomobil təşkil edəcək.

635x100

Şərhlər

TARİX 2018-09-09 15:32:33

HEC OLMASA CƏNUBİ KOREYANIN MAŞINLARINI İSTEHSAL EDİN.MERSEDES,BMV,TOYOTTA VƏ S. MAŞINDA OTURAN ADAM İRAN MAŞININI SÜRƏRMİ.NAZ LİFAN,İRAN MAŞINLARI ANADAN ÖLÜ DOĞULMUŞ UŞAĞA BƏNZƏYİR.MOSKVADA OLANDA KÖHNƏ MERSEDES SÜRƏN RUS ŞOFERƏ RUS MAŞINLARINI GÖSTƏRİB NƏ ÜCÜN ÖZ MAŞINLARINI ALMADIQLARIN SORUŞDUM.CAVABINDA DEDİ Kİ,BİZİM MAŞINLAR ZİBİLDİR,YAXŞISI GEDİB 20-İLLİK MERSEDES,BMV VƏ S.ALARAM.

helime 2018-09-09 15:32:33

pis chixmasin,iran avtolari kime lazim?Pulum bashimdan ashsa bele,men o avtomobili almaram,velosiped surerem,inanin.Olmaz ki,o zavod toyota,mazda ve s marka avtolari istehsal etsin? yeni,ozbekistan buraxa bilir,biz yox?Yegin,yapon,alman mashinlarinin istehsali serf etmir,chunki,olkeye getirilen bu avtomobillerden milyonlarla gomruk rusumu alinir.Bu memurlar niye fikirleshmirler ki, artiq choxdan camaat teyyare surur,ladalarin,lifanlari esri choxdan bitib.

Son yazılar