Lənkəranda ötmə qaydasını pozan sürücü qəza törədib

Lənkəran rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, Ələt-Astara magistralının Lənkəran rayonu, Liman şəhəri ərazisindən keçən hissəsində ötmə qaydasını pozan sürücü qəzaya səbəb olub.

Nəticədə 1975 -ci il təvəllüdlü Liman şəhər sakini Əli Əsgərov döş qəfəsinin sol yan tərəfdən sınığı, 1986-cı il təvəllüdlü Liman şəhər sakini Tohid Quliyev isə sol körpücük sümüyünün sınığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Şahidlərin bildirməsinə görə, "Mercedes" markalı avtomobil qəza şəraiti yaradıb. Qəzadan qaçmaq istəyən digər iki avtomobil bir-biri ilə toqquşub.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar