Türkiyə və Rusiya prezidentləri yenidən görüşə bilərlər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın sonunda Almaniyaya nəzərdə tutulan səfərindən sonra rusiyalı həmkarı Vladmir Putinlə görüşə biləcəyini deyib.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə "Hurriyet" qəzeti yazıb.

"Bizim aramızda (Rusiya ilə) fikir ayrılığı var və biz bunu XİN, Müdafiə Nazirliyi, kəşfiyyat idarələri səviyyəsində müzakirə edirik. Almaniyaya səfərdən sonra (27-28 sentyabr) biz Putinlə yenidən görüşə bilərik", — deyə Ərdoğan Tehrandakı sammitdən geri qayıdarkən təyyarənin göyərtəsində jurnalistlərə bildirib.

635x100

Şərhlər

t.ədalət 2018-09-09 19:05:29

Türkiyəni Rusiyanın qurduğu tələdən sonda ABŞ xilas edəcək.Türkiyənin xarici siyasəti neyteral xətt götürməli,Rusiyanın ardınca sürünməməlidir.Təəssüf ki,hələlik zaman Rusiyanın xeyrinə işləyir.Suriyada İranla əlbir olan Rusiyadan nəyisə ummaq Türkiyəyə uğursuzluq vəd edir.

Son yazılar