Qadın-pilotlarının ən çox olduğu ölkə hansıdır?

 

Aviasiya Pilotlarının Beynəlxalq Assosiasiyasının məlumatına görə, qadın-pilotların sayına görə dünyada birinci yerdə Hindistandır.

Trend "The Telegraph"a istinadla xəbər verir ki, dünyada pilotların 5%-i qadınlardır, Hindistanda isə bu göstərici 13%-dir. Qeyd olunur ki, bu göstərici bir sıra Qərb ölkələrindəki göstəricidən 2 dəfə çoxdur, o cumlədən Böyük Britaniya (4,77%) və ABŞ (4,36%) daxil olmaqla.

Maraqlıdır ki, 2012-ci ildə Hindistan gender bərabərliyi baxımından böyük iyirmiliyin ən pis ölkəsi elan olunmuşdur.

Hal-hazırda Hindistanın aviasiya bazarı dünyanın ən sürətlə inkişaf edən aviasiya bazarlarındandır və ölkədə aviaşirkətlər pilot qıtlığı ilə üzləşirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar