“Əcəb edib təhqir etmişəm, bu işin üstü hələ sonra açılacaq” - QALMAQAL

“Konsert təşkil edən Samir Xəttab konsert zamanı orda yox, aeroportda olub. Bu işin hələ sonra üstü açılacaq, yüzlərlə tamaşaçını geri qaytararaq bildiriblər ki, konsert olmayacaq. Bəs bu insanlar haqqını kimdən tələb edəcəklər?”

Ötən gün “Yaşıl teatr”da əməkdar artist Baloğlan Əşrəfovun solo konserti baş tutub. B.Əşrəfov konsertin bu cür yarımçıq təşkil olunmasından narazı qalaraq, təşkilatçı “Xattab Organization” şirkətinin rəhbəri Samir Xəttabı günahlandırıb. Samir Xəttab isə sosial şəbəkədə paylaşdığı statusunda onu təhqir etdiyi üçün Baloğlan Əşrəfovu məhkəməyə verəcəyini bildirib.

Baloğlan Əşrəfov Moderator.az-a açıqlamasında Samir Xəttabın konsertin reklamını normal təşkil etmədiyini və konsert zamanı orda olmadığını bildirib:

“Bunu yazanlar zalda oturan minlərlə tamaşaçıların qəzəbinə gələcək. Onlar utanıb, yerə girsinlər. Əslinə qalanda, mənim konsert vermək fikrim yox idi, amma orda olan tamaşaçılara hörmət əlaməti olaraq, insanların qarşısına çıxıb pulsuz konsert verdim, çünki bu millət məni sevir. Min fırıldaqlarla o insanların qarşısını kəsərək, konsertdən iki saat öncə insalara deyiblər ki, konsert olmayacaq. Mənə də zəng vurdular ki, konsertə gəlməyim. Mən isə onlara qulaq asmayaraq, ora getdim və tamaşaçılar məni əhatəyə aldılar. Onlara dedim ki, darıxmayın, necə lazımdır sizə konsert verəcəm. İnanın ki, heç vaxt belə möhtəşəm konsertim olmamışdı”.

B.Əşrəfov Samir Xəttabın onu məhkəməyə verməsinə də müsaibət bildirib:

“Samir Xəttab mənim acığıma bu cür çıxışlar edir. Onu acıladım, dedim ki, sən mənim konsertimin reklamını harda etmisən? Siz konsertimin reklamına bir yerdə rast gəlmisinizmi? O, fırıldaqçılıqla məşğul olub. Siz bunu “Yaşıl Teatr”ın rəhbərliyi ilə də dəqiqləşdirə bilərsiniz. Konsertdə xeyli tamaşaçı var idi. Allahdan həmişə arzu etmişəm ki, haqq işlərimlə bağlı biri məni məhkəməyə versin. Azərbaycan məhkəmələri qanunla qərar qəbul edən dövlət orqanıdır. Mən minlərlə tamaşaçının qarşısında çıxış edib, onlara konsert vermişəm. Əcəb edib Samiri təhqir etmişəm. Konsert təşkil edən Samir Xəttab konsert zamanı orda yox, aeroportda olub. Bu işin hələ sonra üstü açılacaq, yüzlərlə tamaşaçını geri qaytararaq bildiriblər ki, konsert olmayacaq. Bəs bu insanlar haqqını kimdən tələb edəcəklər?”

635x100

Şərhlər

azər 2018-09-09 21:53:01

təhqir - ərəbcə alçaltma deməkdir.. kimisə olduğu kimliyindən aşağı saymaq və təqdim etmək olmaz.. əsl kimliyini göstərmək başqa şeydir,onda bu təhqir yox, fakt olur..

Son yazılar