Rusiya ABŞ-a amfibiya-təyyarələr satacaq! - Bəs, sanksiyalar?

«AzPolitika.info»-nn Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Q.M.Beriyev adına Taqanroq aviasiya elmi-texniki kompleksi Amerika Birləşmiş Ştatlarına (ABŞ) 4 ədəd amfibiya-təyyarə (Be-200ÇS) satmaq barədə kontrakt imzalayıb. Bu barədə şirkətin pres-relizində xəbər verilir.

Bundan əlavə, sifarişçi ilə daha 6 təyyarənin opsionu barədə razılıq əldə olunub. Rusiya tərəfdən kontraktı Taqanroq aviasiya zavodunun baş direktoru Yuri Qrudinin, ABŞ tərəfdən isə «Seaplane Global Air Services Inc» şirkətinin prezidenti Patrik Massardi imzalayıb. Bu şirkət öz müştərilərinə meşə yanğınlarını söndürmək işlərində kömək göstərir.

Qeyd edilir ki, ilk iki təyyarə Ukrayna istehsalı olan D-436TP mühərrikləri, qalanları isə SaM146 (Rusiya-Fransa birgə istehsal məhsulu) mühərrikləri ilə təchiz ediləcək.

Massardinin sözlərinə görə, Be-200 təyyarələri meşə yanğınları ilə mübarizə işində ən effektli maşınlardır: «Bizim pilotlar bu görkəmli təyyarədə uçmağa hazırdırlar».

Buradan göründüyü kimi, sözügedən təyyarələrin istehsalı və isistmarı bir-biri ilə «döyüşən» 4 dövləti özündə «birləşdirir». Belə ki, Ukrayna Rusiya ilə müharibə vəziyyətindədir, amma Rusiyanın zavodu istehsal prosesində Ukrayna mühəriklərindən istifadə edir. ABŞ və Rusiya sanksiya döyüşü aparır, amma ABŞ Rusiyadan təyyarələr alır.  Fransa və Rusiya ABŞ sanksiyaları altındadır, amma fəal əməkdaşlıq edirlər və s.

Belədə, məntiqi sual yaranır: bu, necə düşmənçilik və ya necə dostluq-həmkarlıqdır?!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar