Ukrayna zirehli katerlərini Azov dənizinə cəmləyir 

«AzPolitika.info»-nun verdiyi xəbərə görə, Ukrayna özünün zirehli katerlərini Azov dənizinə cəmləyir və orada tam fəaliyyət qabiliyyətli hərbi-dəniz qüvvələri bazası yaratmağa başlayıb. Ukrayna silahlı qüvvələri Baş Qərargahındakı mənbələrə istinadla, bu barədə «Ukrayna hərbi portalı» xəbər verib.

Portalın məlumatına görə, sentyabrın 8-də səhər saatlarında Berdyanskdə Ukrayna hərbi-dəniz qüvvələrinin kiçik zirehli kateri qeydə alınıb - onu yük treylerində gətiriblər. Nəşrin bildirdiyinə görə, yaxın vaxtlarda əraziyə daha 3 artilleriya katerinin gətirilməsi planlaşdırılır.

«Hərbi portal»ın xəbər verdiyi kimi, cari ilin sonuna qədər Ukrayna Azov dənizində tam fəaliyyət qabiliyyətli HDQ bazasının yaradılmasını planlayır və burada kater divizyonu yerləşdirmək fikrindədir.

Bundan əvvəl, Ukraynanın müdafiə və milli təhlükəsizlik Şurası Azov dənizində hərbi iştirakını gücləndirmək, sahil mühafizəsi bölmələrinin ən yeni və yüksək dəqiqlikli raket silahları ilə təchiz olunması barədə qərar qəbul edib.

Hal-hazırda Ukrayna silahlı qüvvələri hərbi-dəniq qüvvələrinin (USQ HDQ) tərkibinə «Gürzə -M» tipli 6 ədəd yüngül zirehli kater daxidir. Onlar «Kuznya na Rıbalskom» zavodunda istehsal olunub. Zavod Ukrayna Prezidenti Pyotr Poroşenkoya məxsusdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar