Vəkil Leyla Yunusa baş çəkib

Bu gün vəkil Cavad Cavadov Bakı İstintaq Təcridxanasında Leyla Yunusla görüşüb.

Vəkilin sözlərinə görə, hələlik müvəkkilinin səhhətində ciddi problem yoxdur. Leyla Yunus vəkili vasitəsilə ona dəstək göstərən hər kəsə təşəkkür edib.

Xatırladaq ki, hüquq müdafiəçisi CM-in bir neçə maddəsi ilə ittiham olunur: 274 (dövlətə xəyanət), 213 (vergi ödənişindən yayınma), 192 (qanunsuz sahibkarlıq), 320 (sənədlərin saxtalaşdırılması), 178.3.2 (böyük ölçüdə fırıldaqçılıq). Məhkəmə dünən onu 3 ay müddətinə həbs edib.

Amnesty İnternational Leyla Yunusu vicdan məhbusu elan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar