ABŞ dəniz piyadalarını Suriyaya «tullayır» 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) dəniz piyadaları bölmələrini koalisiyanın əlində olan Et-Tanf forpostuna (Suriyanın cənub-şərqi) göndərib. Rusiyanın bu ərazidəki terrorçulara zərbə endirəcəyi barədə xəbərdarlığından sonra, ABŞ bu qərara gəlib.

Bu barədə bir sıra Amerika KİV-i, o cümlədən, Petaqondakı mənbəyə istinadla, «Los Anceles Tayms» nəşri xəbər verib.

Nəşrin məlumatına görə, ABŞ-n başçılıq etdiyi koalisiyanın Et-Tanfadakı bazasına əlavə olaraq 100 nəfərdən artıq dəniz piyadası göndərilib. Bu bazada «mötədil müxalifət» adlandırılan qüvvələrin hazırlığı aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar